İş yerlərində təhlükəsizlik tədbirlərini həyata keçirir və əməyin mühafizəsi üzrə təlimatları hazırlayır.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;
- Layihə üzrə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- İş yerlərində mövcud riskləri müəyyənləşdirmək və risklərin azaldılması üzrə tədbirlər görmək;
- Əməkdaşlar üçün SƏTƏM üzrə giriş və dövri təlimatların keçirilməsini təşkil etmək;
- Təhlükəsizlik qaydaları və prosedurlarının əməkdaşlara düzgün şəkildə çatdırılmasını təmin etmək;
- Mütəmadi SƏTƏM yoxlamaları aparmaq və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını izləmək;
- Fövqəladə hallar, yanğın təhlükəsizliyi və təxliyə prosedurlarına riayət olunmasına nəzarət etmək;
- Baş vermiş insident və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və qabaqlayıcı tədbirlər təklif etmək;
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
- SƏTƏM üzrə hesabat və müvafiq sənədləşməni aparmaq;
- Şirkətin SƏTƏM siyasət və prosedurlarının tətbiqinə nəzarət etmək.
Namizədə tələblər:
- Ali təhsil (Mühəndislik, Əməyin mühafizəsi və ya əlaqəli sahə);
- Aidiyyatı sahə üzrə minimum 1 il təcrübə;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi üzrə qanunvericiliyini bilmək;
- Ofis proqramlarında işləməyi bacarmalı;
- Kollektivlə işləmək bacarığı;
- Normativ sənədlərlə işləməyi bacarmalıdır
Şərtlər:
- Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç.51K
- Korporativ nömrə.
- Əmək haqqı: 700 - 850 AZN (Namizədin bilik və bacarıqlarına əsasən dəyişir)
- 6 günlük iş qrafiki
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Sətəm mütəxəssisi” qeyd edərək, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
EUROCLIMA MMC şirkəti olaraq fəaliyyətimizin əsas profili Bakıda və Azərbaycanın müxtəlif regionlarında məşhur Avropa istehsalçılarının məhsulları olan isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və…
EuroClima MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis iş yerlərində təhlükəsizliyi təmin edir və 3 il təcrübə tələb olunur.
İş şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi üzrə tədbirləri təşkil edir və nəzarət edir.
Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə nəzarət edir, mühəndislik təhsili tələb olunur.




