Vakansiya haqqında

  • Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə qaydaların tətbiqinə və icrasına nəzarət etmək;
  • Tikinti işləri başlamazdan əvvəl risklərin qiymətləndirilməsini həyata keçirmək və təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək;
  • İşçilər üçün ilkin, təkrar və növbədənkənar SƏTƏM təlimatlandırmalarını keçirmək;
  • Tikinti meydançasında gündəlik yoxlamalar aparmaq, aşkar edilmiş uyğunsuzluqlar üzrə hesabat hazırlamaq və onların aradan qaldırılmasına nəzarət etmək;
  • Hündürlükdə işlər, qaldırıcı mexanizmlər, qazıntı işləri, elektrik işləri və digər yüksək riskli fəaliyyətlər üzrə təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək;
  • Fərdi mühafizə vasitələrinin (FMV) düzgün istifadəsinə nəzarət etmək;
  • Qəza, insident və təhlükəli hallar üzrə araşdırmalar aparmaq, səbəbləri təhlil etmək və qabaqlayıcı tədbirlər hazırlamaq;
  • Fövqəladə hallara hazırlıq planlarının hazırlanmasında və təlimlərin keçirilməsində iştirak etmək;
  • SƏTƏM üzrə aylıq, həftəlik və gündəlik hesabatları hazırlamaq;
  • Podratçı və subpodratçıların SƏTƏM tələblərinə uyğun fəaliyyət göstərməsinə nəzarət etmək;
  • Dövlət qurumlarının yoxlamaları zamanı lazımi sənədləri təqdim etmək və prosesdə iştirak etmək.

Xüsusi tələblər

  • Ali təhsil (Mühəndislik, Tikinti, Əməyin mühafizəsi və ya uyğun ixtisaslar üzrə);
  • Tikinti sahəsində SƏTƏM üzrə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyini bilmək;
  • Risklərin qiymətləndirilməsi və təhlükəsizlik auditlərinin aparılması bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Hesabat hazırlamaq və sənədləşdirmə bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • SƏTƏM sahəsində beynəlxalq sertifikatların (NEBOSH, IOSH və s.) olması üstünlükdür.

Şəxsi keyfiyyətlər
  • Liderlik və təşəbbüskarlıq;
  • Yüksək məsuliyyət hissi;
  • Nizam-intizamlı və nəticəyönümlü olmaq;
  • Stress altında işləmək bacarığı.

Şirkət təklif edir
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Rəqabətqabiliyyətli əməkhaqqı;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Dinamik və peşəkar iş mühiti;
  • Karyera yüksəlişi perspektivi.

Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "SƏTƏM Mütəxəssisi" qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər və ya nömrəsi ilə əlaqə saxlaya bilərlər. Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 avqust 2026

Şirkət haqqında

BMY Caspian MMC
Construction · Baku
BMY Caspian MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Veysəloğlu-Rossmann
Manager · 3–5 il
Maaş göstərilməyib

SƏTƏM fəaliyyətini idarə edir, riskləri qiymətləndirir və təlimləri koordinasiya edir, texniki təhsil tələb olunur.

Internal AuditTeamworkHealth and Safety ManagementRisk Assessment+4
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Mərkəzin inzibati işlərini əlaqələndirir və yüksək təşkilatçılıq bacarığı tələb olunur

MultitaskingDocumentationReport PreparationOffice Administration+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
SƏTƏM mütəxəssisi (tikinti sahəsi)
Müraciət et