İş yerlərində təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün risklərin qiymətləndirilməsi bacarığı tələb olunur.
Vakansiya haqqında
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün təklifləri rəhbərliyə bildirmək;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştrak etmək;
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
- Şirkətə işə qəbul olan işçilərə ƏMTT üzrə giriş təlimatı keçmək;
- Fəhlə və qulluqçuların əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında nəzarəti həyata keçirmək və ƏMTT üzrə cavabdeh şəxsərdən işçilərin biliklərinin yoxlamasının keçirilməsini, təkrar təlimatlandırmaların aparılmasını tələb etmək;
- Xidmətlərə, şöbələrə ƏMTT üzrə təlimatların işlənib hazırlanmasında metodik vasitə ilə kömək etmək;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
- İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək;
- ƏMTT mühəndisinin işdə olmadığı hallarda nəzarətin rəhbərliyin əmri ilə təyin edilmiş ƏMTT və yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxslər tərəfindən həyata keçirilməsini təmin etmək;
- İnnovativ təmir və idarəetmə metodlarını tətbiq etmək;
- İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesində iştirak etmək;
- Fövqəladə hal təlimlərinin təşkil olunması prosesi və fövqəladə halların idarə olunması prosesində iştirak etmək;
- İşçilərin SƏTƏM üzrə təlimatlandırılması prosesi və proseslərin təhlükəsizliyinin dövri təhlili prosesində iştirak etmək;
- Proseslərin təhlükəsizliyinin dövri təhlili və ilkin yanğınsöndürmə vasitələrinin yoxlanılması prosesində iştirak etmək;
- Təhlükə potensiallı obyektlərin müəyyənləşdirilməsi və təhlükəsiz istisamarına nəzarət prosesində və SƏTƏM üzrə dövri tədbirlər planının hazırlanması və həyata keçirilməsinə nəzarət prosesində iştirak etmək;
- Dövri SƏTƏM hesabatlarının təqdim olunması prosesində iştirak etmək;
- İş yerlərinin əmək şəraitinə görə attestasiya edilməsi prosesində iştirak etmək;
- Mövsümə uyğun olaraq işçilərin iş geyimləri ilə təminatı və təhlükəli vəziyyət və fəaliyyət üzrə hesabatların verilməsi prosesində iştirak etmək;
- Tullantıların idarə olunmasına nəzarət prosesində iştirak.
Namizədə aid tələblər:
- Ali təhsil (Texniki sahə üzrə)
- İstehsalat müəssisəsində min 3-5 il təcrübə mütləqdir
- Azərbaycan dili (əla), rus dili (yaxşı), ingilis dili (yaxşı)
- Microsoft Office proqramı üzrə biliklər
- Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı
İş qrafiki:
- 5 günlük iş qrafiki;
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “SƏTƏM üzrə bölmə müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Şirkət haqqında
ATS Food LLC, founded in 1999, is one of the largest food manufacturers in Azerbaijan, producing flour, bread, pasta and confectionery through its Bismak and Çörəkçi factories.
ATS Food — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İş yerlərində əməyin mühafizəsi və təhlükəsizliyinə nəzarət edir, minimum 1 il təcrübə tələb olunur.
Satınalma sənədlərini hazırlayır, qiymət təkliflərini təhlil edir və uyğunluğunu təmin edir.
İş yerlərində əməyin mühafizəsi və təhlükəsizliyə nəzarət edir, Microsoft Office bacarığı tələb olunur.




