Restoranlarda HSE tələblərinin icrasına nəzarət etmək və HSE təlimləri keçirmək.
Vakansiya haqqında
Vəzifə üzrə öhdəliklər:
- Yeni işə qəbul olunmuş işçilərə Əməyin mühafizəsi üzrə giriş təlimatı keçmək;
- İlkin və dövrü (rübdə bir) yanğın təhlükəsizliyi təlimatlarını keçmək;
- Əməyin mühafizəsi üzrə bütün növ təlimatların vaxtında və düzgün keçirilməsinə nəzarət etmək;
- İş öncəsi “Həftəlik təlimat”ların keçirilməsini təmin etmək;
- İş sahələrində Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət etmək;
- Təsdiq olunmuş “İstehsalat” monitorinqi planına uyğun olaraq əməyin mühafizəsi üzrə iş sahələrində vaxtaşırı müşahidələr aparmaq və nəticələrini Monitorinq jurnalında qeyd etmək;
- Aşkarlanmış uyğunsuzluqların təyin olunmuş vaxt ərzində aradan qaldırılmasını təqib etmək;
- Təhlükə potensiallı işlərin (yüksək gərginlikli işlər, dalğıc işləri və s.) təhlükəsiz icrasında və eləcə də işə icazə sisteminin tətbiq edildiyinə əmin olmaq;
- İşçilərin FMV və xüsusi geyimlə təmin olunmasına və onlardan istifadə olunmasına ciddi nəzarət etmək;
- “Əməyin mühafizəsi” qaydalarına əməl etməyən işçinin bilavasitə rəhbəri barəsində intizam tənbehi tədbiri görülməsi üçün şöbə rəhbərliyinə yazılı məlumat vermək;
- Fərdi və Kollektiv mühafizə vasitələrinin daim işlək vəziyyətdə olmasına nəzarət etmək;
- İlkin yanğınsöndürmə vasitələrinin və tibbi qutuların daim işlək vəziyyətdə olmasını təmin etmək;
- Sahədə baş verən bədbəxt hadisə, qəza və insident barəsində şöbə rəhbərliyinə yazılı məlumat vermək;
- Sahələrdə çalışan rəhbərlər və mühəndis-texniki işçilərə əməyin mühafizəsi sahəsində dəstək olmaq;
- İşə qəbul zamanı xüsusi peşə sahiblərinin vəsiqələrinin olmasına və onların dövrü bilik yoxlamasından keçirilməsinə nəzarət etmək;
- Əmək mühafizəsinə aid risklərin qiymətləndirilməsində iştirak etmək;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak edilmək;
- Əməyin mühafizəsinə aid əyani vasitələrin hazırlanmasında iştirak etmək və SOC kartların doldurulmasına nəzarət etmək;
- Qanunvericiliyə və şöbənin Əsasnaməsinə uyğun digər işlər icra etmək.
Namizədə Tələblər:
- Ali təhsil;
- Minimum 2 il iş təcrübəsi;
- Tələb olunan və ya üstünlük verilən sənaye sektoru - İstehsalat;
- Sağlamlıq və Əməyin Təhlükəsizliyi sahəsində qanunvericilikdə nəzərdə tutulan tələbləri, işə icazə sistemin tətbiqi qaydalarını və dalğıclıq fəaliyyətinə aid ilkin məlumatları bilməli, ünsiyyətcil və komandada işləmək bacarığı olmalı;
- Əməyin mühafizəsi sahəsində təlim təqdimatlarını hazırlamaq, MS office proqramları;
- SƏTƏM sahəsində müvafiq sertifikatlar (IOSH, ISO 45001, FHN SƏTƏM kursu sertifikatı və s.);
- Azərbaycan dili, Rus və ingilis dilləri (üstünlükdür).
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: 6 günlük, istirahət günü: bazar;
- İş yeri: Mingəçevir;
- Şəxsi avtomobilin olması mütləqdir;
- Müntəzəm olaraq ezamiyyələrə getməyə hazır olmaq.
Vakansiyaya müraciət üçün CV-ləri “SƏTƏM üzrə mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Şirkət haqqında
Azerbaijan Fish Farm MMC Azərbaycanda davamlı və mütərəqqi balıq yetişdirilməsi və kürü istehsalı sahəsində öncüldür. Bütün istehsal prosesi ekoloji tələblərə cavab verir ki, bu da Xəzər dənizinin ekosistemini qorumağa kömək edir.
Azerbaijan Fish Farm — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İş yerlərində təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün risklərin qiymətləndirilməsi bacarığı tələb olunur.
Tikinti sahələrində SƏTƏM qaydalarına nəzarət edir və risklərin azaldılması üzrə tədbirlər görür
Tikinti sahələrində SƏTƏM qaydalarına nəzarət edir və risklərin qiymətləndirilməsini aparır


