Vakansiya haqqında

Vəzifə və öhdəliklər:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək və yoxlamalar aparmaq;
  • İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştirak etmək;
  • Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
  • Şirkətin struktur bölmələrində və logistika əməliyyatlarının həyata keçirilməsində ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək;
  • Strateji və illik planların hazırlanmasında və həyata keçirilməsində direktora dəstək olmaq və onların müntəzəm olaraq rəsmi şəkildə yenilənməsini təmin etmək;
  • Ziyarətçilər və qonaqlar üçün nəzərdə tutulmuş giriş təlimatı, işə götürülənlərlə isə ümumi təlimatları aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;
  • Xadimə, fəhlə, mühəndis, sürücü və digər texniki personalın əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılması və attestasiya komissiyasının işində iştirak etmək;
  • Xidmətlərə təhlükəsizlik texnikası üzrə təlimatların işlənib hazırlanmasında metodiki köməklik etmək;
  • İş zamanı baş vermiş qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub, təklif və şikayətlərinə baxmaq və səlahiyyətləri daxilində lazımi ölçülər götürmək;
  • Fəaliyyəti ilə əlaqədar mövcud forma və qaydalara uyğun olaraq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;

Vakansiya üzrə tələblər

  • Ali təhsil (Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə təhsil üstünlükdür);
  • SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
  • SƏTƏM hesabatlarının hazırlanması və sənədləşdirmə üzrə bilik və bacarıqlar;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;
  • IOSH, NEBOSH və digər beynəlxalq SƏTƏM sertifikatlarının olması üstünlük hesab olunur;
  • MS Office proqramlarında, xüsusilə Excel üzrə işləmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.

Maraqlanan şəxslərin öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “SƏTƏM üzrə Mütəxəssis” yazmaqla göndərmələri xahiş olunur.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 sentyabr 2026
Son tarix
9 oktyabr 2026

Şirkət haqqında

Grand Logistics Center
Nəqliyyat və anbar təsərrüfatı, Logistika və yükdaşıma xidmətləri · 10-50 · Baku

GLC - Azərbaycanda yerləşən, fərdiləşdirilmiş logistik həllərin tədarükçüsüdür. Bizim logistika və nəqliyyat sistemləri sahəsindəki geniş bilik və təcrübələrimiz bizə start-ap şirkətlərindən tutmuş iri transmilli korporasiyalara qədər…

Grand Logistics Center — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Daşkəsən Dəmir Filiz MMC
Middle · 1+ ilDaşkəsən
Maaş göstərilməyib3 gün qalıb

Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi sistemlərini tətbiq edir, mühəndislik təhsili və 1 il təcrübə tələb olunur.

Safety TrainingEquipment InspectionOccupational Health and SafetyAccident Investigation+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
SƏTƏM üzrə mütəxəssis
Müraciət et