Ehtiyat Hissələri üzrə Menecer (Avtomobil sahəsi)

Anonim işəgötürən

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 iyul 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
21 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Ehtiyat hissələri anbarının effektiv və sistemli idarə olunması
  • Ehtiyat hissələrinin qeydiyyata alınması, saxlanılması və normativ tələblərə uyğunluğuna nəzarət
  • Stok səviyyələrinin optimallaşdırılması, tələbatın proqnozlaşdırılması və inventarizasiyanın aparılması
  • Dead stock səviyyəsinin minimuma endirilməsi məqsədilə mütəmadi analizlərin aparılması
  • Servis proseslərinin fasiləsizliyi üçün ehtiyat hissələrinin vaxtında təmin edilməsi
  • Təchizatçılarla əməkdaşlıq, sifarişlərin formalaşdırılması və çatdırılmaya nəzarət
  • Ehtiyat hissələrinin keyfiyyəti, orijinallığı və istehsalçı tələblərinə uyğunluğunun təmin edilməsi
  • Anbar fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • İtki,zədələnmə və uyğunsuzluqların qarşısının alınması üçün nəzarət mexanizmlərinin tətbiqi
  • Daxili prosedurların, təhlükəsizlik qaydalarının və anbar standartlarının icrasına nəzarət

Əsas tələblər:

  • Ali təhsil (texniki təhsil üstünlükdür)
  • Avtomobil sektoru üzrə ehtiyat hissələri və ya anbar idarəetməsində iş minimum 5 il iş təcrübəsi
  • Stok idarəetməsi və inventarizasiya prosesləri üzrə biliklər
  • Analitik düşünmə və planlama bacarığı
  • MS Office və anbar idarəetmə sistemləri ilə işləmə bacarığı
  • Azərbaycan dili – səlis (rus dili üstünlükdür)

İş şərtləri:

  • Tam ştat
  • Rəqabətqabiliyyətli əmək haqqı
  • Peşəkar inkişaf və karyera imkanları

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerdində “Ehtiyat hissələri üzrə menecer” qeyd edərək CV formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Ekspert

Təcili
Karat HoldingBakıSenior1 000–2 000 ₼bu gün
LeadershipQuality ControlLogistics Management
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Ehtiyat Hissələri üzrə Menecer (Avtomobil sahəsi)
Müraciət et