Təchizat zəncirini idarə edir, təchizat planlaması və təchizatçıların qiymətləndirilməsi bacarığı tələb olunur.
Vakansiya haqqında
Təsvir
Anbar əməliyyatlarının düzgün və səmərəli təşkilinə, mal və materialların hərəkətinə və uçotuna nəzarət edəcək Mal-material ehtiyatları üzrə menecer axtarırıq. Bu vəzifədə anbar qalıqlarının idarə olunması, inventarizasiyanın təşkili və müvafiq hesabatların hazırlanması əsas məsuliyyətlərdən olacaq.
Vəzifə öhdəlikləri
- Mal və materialların anbara qəbulunu, saxlanılmasını və layihələr üzrə təyinatı üzrə verilməsini təşkil və nəzarət etmək;
- Anbar işinin gündəlik fəaliyyətini və iş bölgüsünü təşkil etmək;
- Anbar qalıqlarına nəzarət etmək;
- Anbar üzrə hesabatların hazırlanmasını və məlumatların düzgün aparılmasını təmin etmək;
- Layihələr üzrə mal-materiallarla bağlı müxtəlif hesabatlar hazırlamaq;
- Dövri inventarizasiyanın/sayımın təşkilində iştirak etmək və nəticələrə nəzarət etmək;
- Anbar əməliyyatlarının müəyyən edilmiş qaydalara və təhlükəsizlik tələblərinə uyğun aparılmasını təmin etmək;
- Anbar üzrə komandanın işini koordinasiya etmək və zəruri hallarda operativ qərarlar qəbul etmək.
Tələblər
- Logistika, təchizat, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Anbar, logistika və ya mal-materialların idarə edilməsi sahəsində iş təcrübəsi;
- Anbar işinin təşkili və mal-material uçotu üzrə biliklər;
- Maliyyə və ilkin mühasibat uçotu üzrə anlayış;
- ERP sistemləri ilə işləmə bacarığı;
- MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik;
- SƏTƏM qaydaları barədə məlumatlılıq;
- Komandanın idarə edilməsi və iş bölgüsünün aparılması bacarığı;
- Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
- Operativ qərarvermə və məsuliyyətlilik;
- Dəqiqlik, punktuallıq və təşkilatçılıq bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Könüllü tibbi sığorta
- İşçinin inkişafı üçün təlim, tədris proqramları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Korporativ tədbirlər
- Korporativ loyallıq proqramına üzvlük
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Vakansiya tam ştat iş rejimindədir.
Rəqabətli əmək haqqı və bonus sistemi təklif olunur.
Müraciət üçün link vasitəsilə müraciət etmək lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçTəlim və tədris proqramları mövcuddur.
Könüllü tibbi sığorta, korporativ tədbirlər və loyallıq proqramı təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəchizat zənciri üzrə menecer üzrə Bakıda digər açıq elanlar.
Beynəlxalq logistika əməliyyatlarını idarə edir və optimal marşrutların qurulmasında təcrübəyə malikdir.
Təchizat və satınalma strategiyasını idarə edir, 10 il təcrübə tələb olunur.
İstehsal planının hazırlanması və icrasına nəzarət edir, MRP və analitik bacarıqlar tələb olunur



