Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Anbarın gündəlik fəaliyyətinin təşkili və anbar ehtiyatlarına nəzarət;
  • Malların, materialların və avadanlıqların qəbulu, saxlanılması, qablaşdırılması və göndərilməsi proseslərinin koordinasiyası;
  • Materialların, alətlərin, avadanlıqların və ehtiyat hissələrinin hərəkətinin uçotu və izlənilməsi;
  • Dövri inventar yoxlamalarının aparılması və anbar qalıqlarına nəzarət;
  • Ehtiyat hissələrinin sifarişlərinin təşkili və minimal/maksimal anbar səviyyələrinin qorunması;
  • Logistika proseslərinin planlaşdırılması və daşınmaların təşkili;
  • Müştərilər, təchizatçılar və nəqliyyat şirkətləri ilə operativ əməkdaşlıq;
  • Göndəriş və müşayiətedici sənədlərin hazırlanması və düzgün rəsmiləşdirilməsi;
  • Nəqliyyat vasitələrinin texniki vəziyyətinə, texniki baxışlara və müvafiq sənədlərə nəzarət;
  • Sürücülərin iş qrafikinin, yürüş məsafəsinin, yanacaq sərfiyyatının və yanacaq kartlarının uçotunun aparılması;
  • Təhlükəsizlik avadanlıqlarının və inventarın vaxtında yoxlanılması və sertifikatlaşdırılması prosesində iştirak;
  • Şirkətin SƏTƏM siyasətlərinə, daxili prosedurlarına və müştəri tələblərinə uyğun fəaliyyət göstərilməsi;
  • Layihə rəhbərlərinə logistika, material təminatı və anbar əməliyyatları üzrə dəstəyin göstərilməsi;
  • Hesabatların, reyestrlərin və digər anbar-logistika sənədlərinin hazırlanması və aparılması.

Namizədə tələblər:

  • Anbar, logistika, material təminatı və ya əlaqəli sahədə iş təcrübəsi;
  • Texniki təhsilin olması üstünlük hesab olunur;
  • Alətlər, avadanlıqlar və ehtiyat hissələri ilə işləmək bacarığı;
  • Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları;
  • Sənədlərlə işləyərkən diqqətlilik və məsuliyyətlilik;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və iş proseslərini müstəqil təşkil etmək bacarığı;
  • İngilis dili biliyi üstünlükdür.

İş yeri: Heydər Əliyev pr.205, Atletlər kəndi, Bina 2,Blok 4

İş şəraiti

  • İş qrafiki: 5/2
  • İş saatları: 08:00–17:00
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi əmək müqaviləsi ilə rəsmiləşdirmə.

Əməkhaqqı: müsahibə zamanı müəyyən edilir

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 avqust 2026
Dillər
English
Son tarix
18 sentyabr 2026

Şirkət haqqında

Sigma Technical Services
İnformasiya və kommunikasiya, Telekommunikasiya
Sigma Technical Services — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Booo.az
Middle
800

İstehsal və satınalma proseslərini idarə edir, bazar araşdırması və qiymət müqayisəsi bacarığı tələb olunur.

ProcurementMarket ResearchMaterial PlanningCost Control+10
Müraciət etAsan müraciətAsan müraciət
Rövşənoğlu Holding
Middle · 3+ il
Maaş göstərilməyib

Marketdə anbarın gündəlik fəaliyyətini idarə edir və ən azı 3 il təcrübəyə malikdir

Warehouse ManagementTeam ManagementInventory controlMicrosoft Office+2
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Anbar və logistika üzrə kiçik koordinator
Müraciət et