Təchizat və logistika proseslərini idarə edir, 5 il təcrübə və analitik bacarıq tələb olunur
Vakansiya haqqında
Əmək haqqı: 1000-1500 manat
Tələblər:
- Ali təhsil (Logistika, Təchizat zənciri, Biznesin idarə edilməsi və ya uyğun ixtisas üzrə);
- Logistika sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
- Logistika sənədləri və beynəlxalq daşınma prosesləri üzrə biliklər;
- Analitik düşünmə və problemlərin operativ həlli bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Yaş həddi: 25 - 35;
Vəzifələr:
- Təchizat və logistika proseslərinin planlaşdırılması və idarə olunması;
- Yüklərin vaxtında yüklənməsi, daşınması və çatdırılmasına nəzarət etmək;
- Yüklərin statusunu mütəmadi izləmək və müvafiq tərəfləri məlumatlandırmaq;
- Daşıyıcı şirkətlərlə müqavilələrin hazırlanması və icrasına nəzarət etmək;
- Satınalma sifarişləri, tender sənədləri, təkliflər və digər logistika sənədlərinin hazırlanması;
- Rəsmi məktubların hazırlanması və dövlət qurumları, tərəfdaşlar və təchizatçılarla yazışmaların aparılması;
- Təchizatçı və müştəri məlumat bazasının yenilənməsi və idarə olunması;
- Logistika prosesləri üzrə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
İş şəraiti:
- Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;
İş yeri ünvanı: Dəmirçi Plaza
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Logistika üzrə mütəxəssis” qeyd edərək göndərə bilərlər.
Şirkət haqqında
RETEMS LOGISTICS – enerji, mədən, kimya, neft-kimya, boru kəməri, infrastruktur və digər sektorlara xidmət edən mühəndislik, satınalma və tikinti şirkətləri üçün layihə yüklərinin idarə olunmasını təklif edir.
Retems Logistics LLC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Şirkətin strateji satınalma proseslərini idarə edir və yüksək səviyyədə danışıqlar aparır.
Təchizat və logistika proseslərini idarə etmək və sənədləri hazırlamaq bacarıqlarına sahibdir.
Lokal və beynəlxalq təchizat zəncirinə uyğun olaraq satınalmaları idarə etmək.




