Vakansiya haqqında

BOOO Group komandamıza istehsal, təchizat və operativ satınalma proseslərini həyata keçirəcək Təchizat üzrə mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri

İstehsal proseslərinin təşkili və nəzarəti

  • Tədbirlər və layihələr üçün tələb olunan rekvizit, konstruksiya və digər məhsulların istehsal prosesini təşkil etmək;
  • Usta, sex və digər istehsalçılarla işləmək, texniki tapşırığı düzgün ötürmək;
  • İstehsalın qiymət, keyfiyyət və təhvil müddətinə nəzarət etmək;
  • Hazır məhsulun ölçü, say və keyfiyyət baxımından sifarişə uyğunluğunu yoxlamaq;
  • Zərurət olduqda istehsal prosesini yerində izləmək.

​​​​​​Yerində və operativ satınalmaların həyata keçirilməsi

  • Layihələr üçün lazım olan material, avadanlıq və digər məhsulların bazarda araşdırılması;
  • Tikinti bazarları, mağazalar, topdansatış məntəqələri və digər təchizatçılardan yerində alışların həyata keçirilməsi;
  • Təcili ehtiyaclar zamanı tələb olunan məhsulun qısa zamanda tapılması və alınması;
  • Qiymət və keyfiyyət müqayisəsi apararaq uyğun alış variantının seçilməsi;
  • Alınan məhsulların vaxtında ofisə, anbara, istehsal sahəsinə və ya tədbir məkanına çatdırılmasının təşkili.

Təchizatçı və qiymət araşdırmaları

  • Yeni təchizatçı, istehsalçı və ustaların tapılması;
  • Müxtəlif təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Daha sərfəli alış və istehsal variantlarının müəyyən edilməsi;
  • Daimi təchizatçı bazasının formalaşdırılması və yenilənməsi.

Material və anbar planlaması

  • Layihələr üzrə tələb olunan material siyahılarının hazırlanması;
  • Anbarda mövcud material və məhsulların yoxlanılması;
  • Çatışmayan məhsulların vaxtında sifariş və ya satın alınmasının təmin edilməsi;
  • Alınmış və istehsal edilmiş məhsulların aidiyyəti üzrə təhvil verilməsinə nəzarət.

Tədbirlər üzrə operativ texniki dəstək

  • Tədbir öncəsi yarana biləcək təchizat ehtiyaclarının operativ həlli;
  • Zərurət olduqda tədbir məkanında texniki və təchizat proseslərinə dəstək göstərmək;
  • Regionlarda və həftəsonları keçirilən tədbirlərin iş rejiminə uyğunlaşmaq.

Hesabat və xərc nəzarəti

  • Edilən alış və istehsal xərclərinin qeydiyyatını aparmaq;
  • Qəbz, hesab və digər alış sənədlərinin düzgün şəkildə təqdim edilməsi;
  • Xərclərin optimallaşdırılması üçün alternativ həllər təklif etmək;
  • Görülmüş işlər üzrə rəhbərliyə məlumat və hesabat təqdim etmək.

Tələblər

  • Operativ və həll yönümlü düşüncə qabiliyyəti;
  • Bazar araşdırması və qiymət müqayisəsi bacarığı;
  • Usta, istehsalçı və təchizatçılarla effektiv ünsiyyət qurmaq bacarığı;
  • Riyazi və məntiqi düşüncə;
  • Planlama və təşkilatçılıq bacarığı;
  • Satınalma, təchizat, istehsal və ya logistika sahəsində iş təcrübəsi üstünlükdür;
  • MS Excel və Google Sheets üzrə işləmə bacarığı;
  • Telefon və yazılı ünsiyyət bacarıqlarının yaxşı olması;
  • Regionlara səfər etmək və fleksibil iş qrafikinə uyğunlaşmaq imkanı;
  • Event sahəsinsə təcrübənin olması üstünlükdür;
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür;
  • Şəxsi avtomobilin olması arzuolunandır, lakin məcburi deyil.

Əmək haqqı və iş şərtləri

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Sınaq müddəti: 1 ay

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Təchizat üzrə mütəxəssis qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 oktyabr 2026
Son tarix
7 noyabr 2026
Baxış
50

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Təchizat zənciri üzrə mütəxəssis üzrə bazar adətən 800–900 ₼ ödəyir, median — 850 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

20 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Təchizat zənciri üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

Booo.az
Entertainment agency · Baku
Booo.az — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

İş rejimi fleksibldir, regionlara səfər etmək və həftəsonları işləmək tələb oluna bilər.

Sınaq müddəti 1 aydır.

Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.

Namizəd CV-ni mövzu hissəsində Təchizat üzrə mütəxəssis qeyd etməklə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Təchizat zənciri üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Deniz Service LLC
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Müştəri sorğularını idarə edir, təchizatçıları seçir və kommersiya təklifləri hazırlayır.

ProcurementCost CalculationNegotiationIncoterms+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Anonim işəgötürən
Junior · 1+ ilBakı
1 000–1 100₼

Satınalma sifarişlərini idarə edir və malların vaxtında çatdırılmasını təmin edir, minimum 1 il təcrübə tələb olunur.

ProcurementOrder ManagementSupplier NegotiationMicrosoft Office
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təchizat üzrə mütəxəssis
Müraciət et