Kredit və əməliyyatlara kamera müşahidəsi ilə daxili nəzarət edir, analitik düşüncə tələb olunur.
Vakansiya haqqında
“Merkuri” Bank Olmayan Kredit Təşkilatı “Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi” vakansiyası üçün müsabiqəyə dəvət edir.
Namizədə tələblər
- Təşkilatın daxili qaydaları ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
- Diqqətlilik, ehtiyatlılıq və yüksək dəqiqlik;
- Analitik düşüncə və müşahidə qabiliyyəti;
- Məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
- Məxfi məlumatların qorunması və xidməti informasiyanın konfidensiallığına riayət etmək bacarığı;
- Stressə davamlılıq və komandada işləmək bacarığı.
- Kamera müşahidə sistemləri ilə işləmək bacarığı üstünlükdür;
- Daxili nəzarət, monitorinq, kredit, təhlükəsizlik və ya oxşar sahələrdə iş təcrübəsi arzuolunandır;
Vəzifə öhdəlikləri:
- Təşkilatın filial və struktur bölmələrində həyata keçirilən kredit və digər əməliyyatlara kamera müşahidəsi vasitəsilə gündəlik nəzarət etmək;
- Kamera görüntüləri və təqdim edilmiş məlumatlar əsasında riskləri, prosedur pozuntularını, şübhəli və uyğunsuz halları müəyyən etmək;
- Aşkar edilmiş pozuntu və uyğunsuzluqları sənədləşdirmək, aidiyyəti rəhbərliyə məlumat vermək və nəticələr barədə hesabatlar hazırlamaq;
- Rəhbərliyin sorğusu əsasında kamera görüntülərinə baxış keçirmək, müəyyən edilmiş hallar üzrə araşdırma aparmaq və nəticələri təqdim etmək;
- Təşkilatın daxili təlimat və qaydalarına uyğunsuzluq və riskli hallar aşkar edildikdə rəhbərliyin diqqətinə çatdırmaq;
- Müəyyən edilmiş dövriliklə rəhbərliyə görülmüş işlər və aşkar edilmiş hallar barədə hesabatlar təqdim etmək;
Hazır CV formalarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi” qeyd etməklə göndərə bilərsiniz.
Şirkət haqqında
“Merkuri” bank olmayan kredit təşkilatı Azərbaycan Respublikası vətəndaşlarına müasir kredit texnologiyaları tətbiq etməklə maliyyə xidmətləri göstərmək üçün yaradılmışdır.
Merkuri BOKT — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Audit yoxlamalarını həyata keçirir və maliyyə, mühasibat sahəsində ilkin bilik tələb olunur
Əməkdaşların performansını idarə edir və işə qəbul prosesində ən azı 2 il təcrübəsi var
Sifarişlərin qəbulunu və icrasını koordinasiya edir, Mikro proqramında təcrübə tələb olunur.



