Vakansiya haqqında

“SuperToys” oyuncaq mağazalar şəbəkəsi, təhlükəsizlik və daxili nəzarət mexanizmlərini gücləndirmək məqsədilə təcrübəli və peşəkar “ Videomanitorinq üzrə operator ” axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Kamera müşahidə sistemi vasitəsilə satış məntəqələrinin və digər obyektlərin gündəlik fəaliyyətinə nəzarət etmək
  • Şirkət daxili prosedur və davranış standartlarının icrasını izləmək və pozuntuları qeydə almaq
  • Müşahidələr əsasında rəhbərliyə yazılı və şifahi hesabatlar təqdim etmək
  • Təhlükəsizlik və xidmət keyfiyyəti ilə bağlı riskləri vaxtında aşkar etmək və müvafiq şöbələri məlumatlandırmaq
  • Rəhbərlik tərəfindən verilən digər nəzarət xarakterli tapşırıqları vaxtında və dəqiq icra etmək

Namizədə dair tələblər:

  • Xanım namizədlər
  • Ali və ya orta texniki təhsil (təhlükəsizlik, idarəetmə və ya uyğun sahə üzrə)
  • Minimum 1 il kamera müşahidə və nəzarət sahəsində iş təcrübəsi
  • Yüksək diqqət və analiz qabiliyyəti
  • Məsuliyyətli və peşəkar iş münasibətləri
  • MS Office proqramlarında işləmə bacarığı
  • Yaş həddi: 25–40 yaş

İş şərtləri:

  • İş rejimi: Həftə içi 6 gün
  • İş yeri: Sədərək Ticarət Mərkəzinin çıxışında yerləşən ofis
  • Əmək haqqı: Əmək məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi və sənədləşmə
  • Stabil və inkişafyönlü iş mühiti

Qeyd: Yalnız tələblərə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026
Son tarix
1 oktyabr 2026

Şirkət haqqında

supertoys mmc
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Baku

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.

supertoys mmc — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Videomonitorinq üzrə operator
Müraciət et