Tender müsabiqələrini idarə edir və sənədləşmə işlərini yüksək səviyyədə bacarmaq tələb olunur.
Vakansiya haqqında
Dövlət satınalmaları sahəsində biliklərinizi yeniləmək və praktiki bacarıqlarınızı inkişaf etdirmək istəyirsiniz?
Hazırda tətbiq olunan “Dövlət Satınalmaları haqqında” Qanun satınalma proseslərinin təşkili və həyata keçirilməsi ilə bağlı mühüm qaydaları müəyyən edir. Qanunvericiliyin tələblərini düzgün anlamaq və onların praktikada tətbiqini bilmək həm satınalan təşkilatlar, həm də tenderlərdə iştirak edən təchizatçılar üçün vacibdir.
Bu təlim yalnız nəzəri məlumatlarla məhdudlaşmır. Təlim zamanı etender.gov.az portalında real satınalma prosesləri praktiki şəkildə izah edilir və iştirakçılar prosesin əsas mərhələləri ilə addım-addım tanış olurlar.
Təlim proqramında:
- “Dövlət Satınalmaları haqqında” Qanunun əsas müddəaları və praktiki tətbiqi
- Nazirlər Kabinetinin müvafiq qərarları
- Ehtimal olunan qiymətin hesablanması
- Tələb olunan iş həcminin müəyyənləşdirilməsi və sənədlərin hazırlanması
- etender.gov.az portalında satınalan tərəfin həyata keçirdiyi proseslər
- Şərtlər toplusunun hazırlanması və elanın yerləşdirilməsi
- Təkliflərin qiymətləndirilməsi
- Yekun protokolun hazırlanması
- Satınalma müqavilələrinin növləri və hazırlanması
- Təchizatçı qismində tenderlərdə iştirak
- Sənədlərin toplanması və uyğunluq tələbləri
- Tender prosesində danışıqların aparılması
Təlimçi - Tural İsgəndərov
- IV Yüksəliş Müsabiqəsinin finalçısı və Dövlət İmtahan Mərkəzinin ekspert təlimçisi.
Təlim haqqında
- Müddət: 24 saat
- Format: Onlayn və oflayn
- İmtahan formatı: Test və keys tapşırığı
- Sertifikat: Nəticəyə uyğun olaraq təqdim edilir
Kimlər üçün uyğundur?
- Dövlət qurumlarında satınalma sahəsində çalışanlar
- Satınalma mütəxəssisləri
- Təchizatçı şirkətlərin nümayəndələri
- Tenderlərdə iştirak edən və ya iştirak etmək istəyən şəxslər
- Dövlət satınalmaları sahəsində fəaliyyətə başlamaq istəyənlər
Ətraflı məlumat və qeydiyyat +994 55 203 13 03
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
PRO LOG Təlim Mərkəzi (PRO LOG Training Center) satınalma, logistika, təchizat zənciri və gömrük işi sahələrində ixtisaslaşmış peşəkar təlim mərkəzidir.
PRO LOG Training Center — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tender və satınalma proseslərini idarə edir, danışıqlar aparmaq və MS Office bilmək tələb olunur.
Sığorta sənədlərinin hazırlanması və reinsurance bazarını analiz etmək bacarığı tələb olunur.
Sığorta və təkrar sığorta sənədlərinin hazırlanması və danışıqlarda dəstək göstərir.



