ProcurementNegotiationPlanning
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Tenderlərin monitorinqi və təhliliDövlət və özəl satınalma platformalarında (o cümlədən etender.gov.az) şirkətin fəaliyyət sahəsinə uyğun tender elanlarını gündəlik izləmək;Tender şərtlərini təhlil edərək şirkətin iştirak imkanlarını qiymətləndirmək;Tender sənədlərində texniki, maliyyə və hüquqi tələbləri araşdırmaq.Tender sənədlərinin hazırlanmasıTenderin Əsas Şərtlər Toplusunu (Şərtnaməni) ətraflı öyrənmək;İştirak üçün tələb olunan hüquqi, maliyyə və inzibati sənədləri toplamaq və hazırlamaq;Texniki və kommersiya təkliflərini aidiyyəti şöbələrlə birlikdə hazırlamaq;Sənədləri elektron imza ilə təsdiq edərək müvafiq platformalara vaxtında təqdim etmək.Koordinasiya və kommunikasiyaTexniki, maliyyə, satınalma və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək;Tender təşkilatçıları ilə rəsmi yazışmaları aparmaq və sorğuları cavablandırmaq;Tender iştirak təminatı və bank qarantiyalarının alınması prosesini koordinasiya etmək.Müqavilələrin idarə olunması və hesabatlılıqTender nəticələrini izləmək və təhlil etmək;Qazanılmış tenderlər üzrə müqavilələrin hazırlanması və imzalanması prosesində iştirak etmək;Tender sənədlərinin arxivləşdirilməsini təmin etmək və dövri hesabatlar hazırlamaq. Xüsusi tələblər Ali təhsil (hüquq, iqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik və ya digər uyğun ixtisaslar üstünlükdür);Tikinti sahəsində tender üzrə minimum 3 il iş təcrübəsi;Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanunu və satınalma prosedurları üzrə biliklər;Müqavilə hüququ və satınalma sənədlərinin hazırlanması sahəsində biliklər;Tender sənədlərinin hazırlanması və rəsmi yazışmaların aparılması bacarığı;etender.gov.az portalı və elektron imzadan sərbəst istifadə bacarığı;SAP, Ariba və digər elektron satınalma platformalarında iş təcrübəsi üstünlükdür;MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yüksək səviyyədə bilmək;Maya dəyərinin hesablanması, qiymət təkliflərinin hazırlanması və bazar təhlili bacarığı;Bank qarantiyaları və tender təminatları ilə iş təcrübəsi;Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;İngilis və rus dillərini bilmək üstünlükdür;Analitik düşüncə, məsuliyyət, diqqətlilik, vaxtın effektiv idarə olunması və komanda ilə işləmək bacarığı. Müraciət etmək üçün: [email protected]
Şirkət haqqında
Sea Breeze Resort & Residences
Real Estate · Baku
Sea Breeze is Emin Agalarov's large-scale resort and residential development on the Caspian Sea coast near Baku, spanning ~750 hectares with residences, villas, hotels and leisure infrastructure.
Sea Breeze Resort & Residences — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
ProcurementMarket ResearchCost Optimization
Supplier NegotiationMarket ResearchTeamwork
Financial AnalysisTeamworkReport Preparation



