Debitor borclarının idarə olunmasını həyata keçirir və mühasibatlıq bilikləri tələb olunur
Vakansiya haqqında
Grinco MMC dövlət və korporativ satınalmalar sahəsində peşəkar inkişaf etmək istəyən Tender üzrə Mütəxəssis Təcrübəçi axtarır.
Əgər analitik düşüncəyə malik, araşdırma aparmağı sevir və tender sahəsində karyera qurmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifə öhdəlikləri
- Dövlət və özəl satınalma elanlarının gündəlik izlənilməsi;
- Tender sənədlərinin hazırlanmasına dəstək göstərilməsi;
- Texniki və kommersiya sənədlərinin toplanması və sistemləşdirilməsi;
- Qiymət təkliflərinin hazırlanmasında iştirak;
- Müqavilə və satınalma sənədlərinin uçotunun aparılması;
- Tender prosesləri üzrə hesabatların hazırlanmasına dəstək.
Namizədə tələblər
- Ali təhsil (iqtisadiyyat, hüquq, biznesin idarə edilməsi və digər uyğun ixtisaslar üzrə yeni məzunlara üstünlük verilir);
- Microsoft Office proqramlarını, xüsusilə Microsoft Excel-i bilmək;
- Analitik düşünmə və araşdırma bacarığı;
- Məsuliyyətli və operativ olmaq;
- Komandada işləmək və öyrənmək həvəsi.
Şirkət tərəfindən təklif olunur
- Təcrübə müddəti: 2 ay;
- Təcrübə müddətində minimum zəruri xərclər şirkət tərəfindən qarşılanır;
- Təcrübə müddətini uğurla başa vuran və qiymətləndirmədən keçən namizədlər daimi işlə təmin olunurlar;
- Dövlət və korporativ satınalma layihələrində iştirak imkanı;
- Peşəkar mentor dəstəyi;
- Karyera inkişafı və peşəkar iş mühiti.
İş şəraiti
- İş yeri - Grinco MMC
- Ünvan: Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi 1 (Nobel Otelin yanı)
- İş qrafiki: Bazar ertəsi – Cümə / 08:30 – 17:30
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Tender üzrə Mütəxəssis Təcrübəçi" mövzusu ilə göndərə bilərlər.
Şirkət haqqında
Grinco MMC, xidmət keyfiyyəti və bu keyfiyyətə paralel olaraq artım sürəti ilə hazırda 5000 -dən çox stoklu məhsulu və 1000 -dən çox müştərisi ilə ölkəmizin aparıcı iş yerinin təchizat mərkəzi olaraq fəaliyyətini davam etdirir.
Grinco — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Yeni beynəlxalq tərəfdaşların cəlb edilməsi və bazar araşdırmaları aparmaq bacarığı tələb olunur.
İT avadanlıqları və proqram təminatlarının satınalmasını həyata keçirir, ən azı 1 il təcrübə tələb olunur.
Korporativ satış və dövlət satınalmaları üzrə müştəri cəlb etmək və tender sənədlərini təhlil etmək bacarığı tələb olunur




