Yerləşmə
Bakı
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyul 2026
Son tarix
23 avqust 2026

Vakansiya haqqında

İş barədə məlumat:

  • Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədlərinə, maliyyə-iqtisadi əməliyyatlara və departament daxilində aparılan bütün əməliyyat və sənədləşmə işlərinə nəzarətin həyata keçirilməsi;

  • Debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılması və qeydiyyatının düzgün təşkili;

  • Rəsmi maliyyə və vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;

  • Debitor və kreditorlarla mütəmadi üzləşmələrin aparılması və fərqlərin aradan qaldırılması;

  • 1C mühasibat proqramından yüksək səviyyədə istifadə edilməsi;

  • Şirkətin maliyyə vəziyyəti barədə daim məlumatlı olmaq, riskləri müəyyən etmək və onların qarşısının alınması üçün tədbirlərin görülməsi;

  • Mal hərəkətinin uçotu və inventarizasiyasının aparılması, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarına nəzarət edilməsi;

  • Mühasibat proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin düzgün aparılması;

  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borclarının, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərin uçotunun aparılması;

  • ƏDV, mənfəət və vahid bəyannamələrin, eləcə də statistika hesabatlarının hazırlanması və Baş mühasibə təqdim edilməsi;

  • Bütün hesabatların düzgün, dəqiq və vaxtında hazırlanmasının təmin edilməsi.

İş şəraiti

  • İş qrafiki: Həftə içi 6 gün

  • İş ünvanı: Bakı, Babək prospekti.

Namizədə tələblər:

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);

  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;

  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti,

  • Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;

  • Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər

  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi

Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aparıcı Mühasib
Müraciət et