Vakansiya haqqında

Avtomobil sahəsində fəaliyyət göstərən şirkətimizə Vergilər üzrə menecervəzifəsi üzrə namizəd axtarılır.

Əsas vəzifə öhdəlikləri

  • Vergi uçotunu qüvvədə olan qanunvericiliyə uyğun aparmaq.
  • ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, ödəmə mənbəyində vergi, torpaq, əmlak, yol və digər vergi öhdəliklərini düzgün hesablamaq.
  • Aylıq, rüblük və illik vergi bəyannamələrini hazırlamaq və qanunvericiliklə müəyyən olunmuş müddətlərdə təqdim etmək.
  • Vergi ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət etmək.
  • Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının və digər vergi sənədlərinin düzgün tərtib edilməsinə nəzarət etmək.
  • Vergi Məcəlləsində baş verən dəyişiklikləri izləmək və onların tətbiqi barədə rəhbərliyi məlumatlandırmaq.
  • Vergi orqanlarından daxil olan məktub, sorğu və bildirişləri təhlil etmək, cavab layihələrini hazırlamaq.
  • Kameral və səyyar vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq və təqdim etmək.
  • Xarici və daxili auditlər zamanı vergi uçotu ilə bağlı məlumatların təqdim edilməsini təmin etmək.
  • Vergi risklərini müəyyən etmək, təhlil etmək və onların minimuma endirilməsi üçün təkliflər hazırlamaq.
  • Müqavilələrin, maliyyə əməliyyatlarının və yeni biznes layihələrinin vergi aspektlərini qiymətləndirmək.
  • Debitor və kreditor əməliyyatlarının vergi uçotu baxımından düzgün aparılmasına nəzarət etmək.
  • Vergi hesablaşmalarını maliyyə uçotu məlumatları ilə mütəmadi uzlaşdırmaq.
  • 1C və Navision ERP sistemlərində vergi uçotunun düzgün aparılmasına nəzarət etmək.
  • Vergi uçotu üzrə daxili hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Öz tabeliyində olan əməkdaşların fəaliyyətini koordinasiya etmək, onların peşəkar inkişafına dəstək olmaq və komanda ruhunun formalaşdırılmasını təmin etmək.
  • Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra etmək.

Namizədə tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3–4 il iş təcrübəsi;
  • Ünsiyyətcil, məsuliyyətli və nəticəyönümlü olmaq;
  • Vergi və mühasibat uçotunun aparılması üzrə bilik və təcrübəsinin olması
  • Vergi uçotu üzrə nəzərdə tutulmuş aylıq, rüblük və illik hesabatların hazırlanması
  • Mühasibatlıqla bağlı sənədlərin düzgün və vaxtında tərtibi
  • Aylıq və illik vergi hesabatlarının hazırlanması
  • Audit və yoxlamalar zamanı məlumatların təqdim edilməsi
  • Vergi və əmək qanunvericiliyini yaxşı bilməli
  • Vergi orqanından daxil olan məktubların cavablandırılması
  • 1C bilik və təcrübəsinin olması
  • Öz tabeçiliyində olan işçilərdə komanda ruhunun qorunması və onların inkişafına dəstək
  • PMS sertifikatı üstünlükdür

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Vergilər üzrə menecer" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
3–4 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 avqust 2026
Son tarix
12 sentyabr 2026

Şirkət haqqında

Group Motors
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Baku
Group Motors — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

2 200–2 700

Vergi mütəxəssisi kimi müştərilərin vergi uçotunu idarə etmək və vergi bəyannamələri hazırlamaq tələb olunur.

Financial AccountingTax AccountingTax declaration preparationVAT Calculation+6
Müraciət etAsan müraciətAsan müraciət
Profitline Consultinq MMC
Middle · 3+ ilBakı
2 400–2 700

Vergi uçotunu idarə edir, vergi bəyannamələrini hazırlayır və 3 il təcrübə tələb edir

Financial ReportingTax AccountingVAT CalculationWithholding tax calculation+8
Müraciət etAsan müraciətAsan müraciət
Moore Azerbaijan
Middle · 3+ il
Maaş göstərilməyib4 gün qalıb

Mühasibat uçotu və vergi hesabatlarının hazırlanmasını həyata keçirir, 3 ildən çox təcrübə tələb olunur.

AccountingFinancial ReportingTax CalculationReport Preparation+8
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Vergilər üzrə menecer
Müraciət et