Vakansiya haqqında

Təsvir

  • Daxili nəzarət və risklərin idarə edilməsi prosedurlarının effektivliyini yoxlamaq, təhlil etmək və qiymətləndirmək;
  • Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
  • Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin və metodologiyasının tətbiqinin təkmilləşdirilməsi və bu sistemlərin adekvatlığının və effektivliyinin artırılması məqsədilə tövsiyələr vermək;
  • Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin etmək və audit sübutlarını sənədləşdirmək;
  • BOKT-nin fəaliyyətinin effektivliyini və xərclərin səmərəliliyini qiymətləndirmək;
  • Muhasibat yazılarının (sənədlərin) və maliyyə hesabatlarının dəqiqliyini və etibarlılığını yoxlamaq;
  • Audit yoxlamaları və tədbirlər planının icra statusunun monitorinqini icra etmək;
  • Daxili audit planına uyğun olaraq audit yoxlamalarının aparılması və audit hesabatlarının hazırlanması;
  • Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili audit Əsasnaməsinə, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara, habelə Daxili Audit Metodologiyasından irəli gələn tələblərə əməl etmək;
  • Risk əsaslı audit yanaşmasının tətbiqi;
  • Tənzimləyici tələblərə və qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğun təhlili və qiymətləndirilməsi; (İPPF)
  • Beynəlxalq daxili audit standartlarına uyğun audit tapşırıqlarının icrası və koordinasiyası;
  • Müsahibələrin və yekun müzakirələrin təşkili.

Tələblər

  • İqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, hüquq və ya biznesin idarə edilməsi sahəsində bakalavr və ya magistr dərəcəsi.
  • Beynəlxalq səviyyəli sertifikatların olması üstünlükdür
  • Müvafiq sahədə (maliyyə, bank və ya BOKT sektorunda) ümumilikdə azı 5 il iş təcrübəsi.
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Bank Olmayan Kredit Təşkilatları haqqında" Qanun, Mərkəzi Bankın normativ sənədləri və qaydaları, vergi qanunvericiliyini mükəmməl bilmək.
  • Daxili Auditçilərin Beynəlxalq Peşəkar Təcrübə Standartlarını (IPPF) bilmək və tətbiq etmək bacarığı.
  • Kredit riski, əməliyyat riskləri və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Korporativ Mühit
  • Həyat Yığım sığortası

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 avqust 2026
Son tarix
13 sentyabr 2026

Şirkət haqqında

İdeal Kredit BOKT
Maliyyə və sığorta fəaliyyəti · Baku

Bank olmayan Kredit Təşkilatı “İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti “İdeal Kredit” adı ilə 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir.

İdeal Kredit BOKT — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Target Logistics
Senior · 3+ il
2 000

Logistika əməliyyatlarının maliyyə aspektlərini idarə edir və ən azı 3 il təcrübə tələb olunur.

AccountingBudgetingFinancial ReportingCost Analysis+13
Müraciət etAsan müraciətAsan müraciət
Finca Azerbaijan
C-Level/Executive
Maaş göstərilməyib

Maliyyə və hesabat işlərini idarə edir, maliyyə planlaşdırma və risk idarəetməsi bacarığı tələb olunur.

Financial PlanningFinancial ReportingAccountingBudgeting+3
Müraciət et
Rabitəbank ASC
SeniorBakı
Maaş göstərilməyib

Mühasibatlıq əməliyyatlarını aparır, vergi və maliyyə hesabatlarını hazırlayır.

AccountingFinancial ReportingStatistical ReportingFinancial Analysis+3
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Daxili audit şöbəsinin rəhbəri
Müraciət et