Maliyyə nəzarəti üzrə aparıcı mütəxəssis

SOCAR Downstream Management

Yerləşmə
Bakı
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyul 2026
Dillər
Azerbaijani, English

Vakansiya haqqında

Aylıq maliyyə nəticələrinin təhlilini aparmaq;Büdcə və faktiki göstəricilər arasında fərqlərin (variance analysis) araşdırılmasını həyata keçirmək və səbəblərini müəyyən etmək;İstehsal, əməliyyat və inzibati xərclərin monitorinqini və təhlilini aparmaq;Maya dəyərinin formalaşmasına təsir edən amilləri təhlil etmək və optimallaşdırma imkanlarını müəyyən etmək;Maliyyə nəzarəti prosedurlarının tətbiqini və davamlı təkmilləşdirilməsini təmin etmək;SAP ERP və digər informasiya sistemlərindən əldə olunan məlumatların düzgünlüyünü yoxlamaq və təhlil etmək;Rəhbərlik üçün müntəzəm maliyyə hesabatları, təqdimatlar və analitik arayışlar hazırlamaq;Daxili və xarici audit proseslərində iştirak etmək və tələb olunan məlumatları təqdim etmək;Yeni investisiya, layihə və təşəbbüslərin maliyyə təsirlərini qiymətləndirmək;Maliyyə siyasətləri, prosedurlar və daxili nəzarət mexanizmlərinin tətbiqinə nəzarət etmək. Xüsusi tələblər Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (MBA və PhD dərəcəsi üstünlükdür);ACCA, CIA, CIMA və ya digər beynəlxalq peşəkar sertifikatların tam və ya qismən əldə olunması üstünlükdür;Maliyyə təhlili, idarəetmə uçotu, büdcələmə və maliyyə nəzarəti üzrə güclü nəzəri biliklər;MS Excel proqramını yüksək səviyyədə bilmə;SAP ERP və ya digər ERP sistemləri ilə işləmə bacarığı;Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilmə.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə nəzarəti üzrə aparıcı mütəxəssis
Müraciət et