Financial ReportingIFRSFinancial Analysis
Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
27 iyul 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Təsvir
- Şirkətin mühasibat uçotunun Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Beynəlxalq Mühasibat Uçotu Standartlarına (IFRS) uyğun olaraq düzgün təşkil edilməsi və aparılması;
- Mühasibat yazılışlarının və xərc bölgülərinin düzgünlüyünün yoxlanılması;
- İstehsal və bağçılıq fəaliyyəti üzrə xərclərin uçotu, təhlili və nəzarətinin həyata keçirilməsi;
- Bioloji aktivlərin, əsas vəsaitlərin və ehtiyatların uçotuna nəzarət edilməsi;
- Aylıq və illik maliyyə bağlanış proseslərinin həyata keçirilməsi;
- Təchizatçılarla hesablaşmaların, ödəniş cədvəllərinin, debitor və kreditor borcların idarə olunması,nəzarətdə saxlanılması;
- Büdcə və idarəetmə hesabatlılığı proseslərində iştirak edilməsi;
- Şirkətin gəlir və xərclərinin monitorinqinin aparılması, maliyyə intizamına nəzarət edilməsi və maliyyə siyasətinin tətbiqinin təmin olunması;
- Rüblük,illik inventarizasiya proseslərinin təşkili və nəticələrinin düzgün uçotunun təmin edilməsi ;
- Daxili və xarici audit sorğularının cavablandırılması, audit proseslərinin koordinasiyası.
Tələblər
- Baş mühasib vəzifəsində minimum 5 il, ümumilikdə isə minimum 8 il iş təcrübəsi;
- İstehsalat və kənd təsərrüfatı sektorunda iş təcrübəsi üstünlük hesab olunur;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu qanunvericiliyini mükəmməl bilmək;
- IFRS və Milli Mühasibat Uçotu Standartları üzrə biliklər;
- Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması və təqdim olunması təcrübəsi;
- Əsas vəsaitlərin, bioloji aktivlərin, ehtiyatların və istehsal xərclərinin uçotu üzrə biliklər;
- 1C ERP (8.3), Excel və digər maliyyə proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə, komanda idarəetməsi və yüksək ünsiyyət bacarıqları;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Təlim və sertifikasiya dəstəyi
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Şirkət haqqında
Grand Agro MMC
Baku
Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir. Grand-Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Grand Agro MMC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
AccountingAML/CFT ComplianceAccounts Payable
AccountingAccounts PayableAccounts Receivable
Accounts PayableAccounts Receivable1C ERP


