Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 200–1 500 ₼
Yerləşdirilib
13 iyul 2026
Dillər
Azerbaijani

Vakansiya haqqında

Şirkət tərəfindən təklif olunur:

  1. AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat;
  2. Peşəkar və mehriban kollektiv;
  3. Karyera və peşəkar inkişaf imkanları;

Vəzifə öhdəlikləri

  1. Vəzifə Öhdəlikləri:

    Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinə və MHBS-ə (Milli/Beynəlxalq Mühasibat Uçotu Standartları) uyğun olaraq mühasibat uçotunun aparılması;
  2. Dövlət orqanlarına (Vergi, DSMF, Statistika, Məşğulluq) hesabatların (ƏDV, Mənfəət, Gəlir vergisi, Sadələşdirilmiş, rüblük və illik hesabatlar) vaxtında və düzgün hazırlanması və təqdim edilməsi;
  3. Elektron Qaimə-Fakturaların, hesablama fakturalarının tərtib edilməsi və sistemə işlənməsi;
  4. Bank və kassa əməliyyatlarının, əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələrinin hesablanması və ödənişlərin icra edilməsi;
  5. Gömrük bəyannamələri və idxal/ixrac əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi;
  6. Şirkətin debitor və kreditor borclarının izlənilməsi, üzləşmə aktlarının tərtib edilməsi;
  7. Daxili maliyyə hesabatlarının (Mənfəət və Zərər, Balans, Pul vəsaitlərinin hərəkəti) rəhbərliyə təqdim olunması;
  8. Vergi orqanlarından gələn məktubların, bildirişlərin və uyğunsuzluqların vaxtında cavablandırılması.

Tələblər

  1. Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsində ali təhsil;
  2. İş təcrübəsi: Baş mühasib və ya aparıcı mühasib postunda minimum 5 il iş təcrübəsi;
  3. Sertifikatlar: PMS (Peşəkar Mühasib Sertifikatı) olması mütləqdir
  4. Proqram bilikləri: 1C (8.3 versiyası), MS Office (xüsusilə Excel mükəmməl səviyyədə);
  5. Portal təcrübəsi: E-gov.az, e-taxes.gov.az, İTS portalı, bank və digər elektron dövlət portalları ilə mükəmməl işləmə bacarığı;
  6. Vergi, Əmək və Mülki qanunvericilik üzrə dərin biliklər;
  7. Analitik düşüncə, diqqətlilik, məsuliyyət və komanda ilə işləmə bacarığı.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Zarat PoultryMiddle1 000–1 300 ₼6 gün əvvəl
AccountingAccounts PayableAccounts Receivable
Bütün oxşar vakansiyalar
1 200–1 500 ₼
Baş mühasib
Müraciət et