Problemli kreditlər üzrə qrupun fəaliyyətini idarə edir, 3 ildən çox təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Təqib departamentinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək, strateji və əməliyyat planlarının hazırlanmasını və icrasını təmin etmək;
- Problemli kredit portfelinin effektiv idarə olunmasını, gecikmiş borcların minimuma endirilməsini və yığım göstəricilərinin artırılmasını təmin etmək;
- Departament üzrə aylıq, rüblük və illik hədəfləri müəyyən etmək, KPI sistemini formalaşdırmaq və icrasına nəzarət etmək;
- Borc yığım strategiyalarını hazırlamaq, təhlillər aparmaq və biznes nəticələrinin yaxşılaşdırılması istiqamətində yeni həllər tətbiq etmək;
- Təqib proseslərinin qanunvericiliyə, daxili normativ sənədlərə və etik prinsiplərə uyğun təşkil olunmasını təmin etmək;
- Portfel üzrə analitik təhlillər aparmaq, gecikmələrin səbəblərini müəyyənləşdirmək və risklərin azaldılması üçün tədbirlər planı hazırlamaq;
- Departament rəhbərlərinin fəaliyyətini koordinasiya etmək, onların inkişafı, performansının qiymətləndirilməsi və motivasiya sisteminin tətbiqini təmin etmək;
- İcra, məhkəmə, hüquq-mühafizə və digər dövlət orqanları ilə yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qurmaq və inkişaf etdirmək;
- Borc yığım proseslərinin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və optimallaşdırılması üzrə layihələrə rəhbərlik etmək;
- Departamentin büdcəsini planlaşdırmaq, resurslardan səmərəli istifadəni təmin etmək və fəaliyyətin maliyyə göstəricilərinə nəzarət etmək;
- Təşkilat rəhbərliyi üçün müntəzəm idarəetmə hesabatları, təqdimatlar və analitik məlumatlar hazırlamaq.
Tələblər:
- Ali təhsil (Hüquq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar);
- Problemli kreditlər, məhkəmə və icra sahəsində minimum 5-7 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;
- Mülki Prosessual Məcəllə və digər aidiyyəti normativ hüquqi aktlar üzrə dərin biliklər;
- Analitik düşünmə, komandanın idarə olunması və qərarvermə bacarıqları;
- Yüksək səviyyədə danışıqlar aparmaq və təqdimat bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək;
- Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür;
- Sürücülük vəsiqəsinin olması üstünlükdür.
İş barədə məlumat:
- Əmək haqqı: 1500 AZN net + bonus sistemi (ümumi gəlir 4000 AZN+)
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu;
- Komfortlu ofis şəraiti və peşəkar komanda;
- 5 günlük iş qrafiki: Bazar ertəsi – Cümə, 10:00–19:00.
CV-lərinizi “Təqib departamentinin rəhbəri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.
Yerləşmə
Bakı
Təcrübə
5–7 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500 ₼
Yerləşdirilib
27 avqust 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
27 sentyabr 2026
Şirkət haqqında
KOLLEKTA MMC
Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
2 000₼
Müraciət etAsan müraciətAsan müraciət
1 000–1 500₼
Marketin fəaliyyətini idarə edir, satış strategiyaları hazırlayır və komanda işini təşkil edir.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Mağazanın satış əməliyyatlarını idarə edir və 3-4 il təcrübəyə malikdir.
Maaş göstərilməyib
Şirkətin təchizat və təsərrüfat şöbəsini idarə edir, satınalma və təchizat sahəsində 4 il təcrübəsi var.
Müraciət etAsan müraciətAsan müraciət


