Maliyyə və hesabat işlərini idarə edir, maliyyə planlaşdırma və risk idarəetməsi bacarığı tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Daxili nəzarət və risklərin idarə edilməsi prosedurlarını yoxlamaq, təhlil etmək və qiymətləndirmək;
- Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
- Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin və metodologiyasının tətbiqinin təkmilləşdirilməsi və bu sistemlərin adekvatlığının və effektivliyinin artırılması məqsədilə tövsiyələr vermək;
- Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin etmək və audit sübutlarını sənədləşdirmək;
- BOKT-nin fəaliyyətinin effektivliyini və xərclərin səmərəliliyini qiymətləndirmək;
- Mühasibat yazılarının (sənədlərin) və maliyyə hesabatlarının dəqiqliyini və etibarlılığını yoxlamaq;
- Audit yoxlamaları və tədbirlər planının icra statusunun monitorinqini icra etmək;
- Daxili audit planına uyğun olaraq audit yoxlamalarının aparılması və audit hesabatlarının hazırlanması;
- Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili audit Əsasnaməsinə, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara, habelə Daxili Audit Metodologiyasından irəli gələn tələblərə əməl etmək.
Tələblər
- Müvafiq sahədə (Bank və ya BOKT sahəsində) minimum 5 illik təcrübə;
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Bonus sistemi;
- Yığım sığortasına qoşulma imkanı
- Korporativ Mühit
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Bank olmayan Kredit Təşkilatı “İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti “İdeal Kredit” adı ilə 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir.
İdeal Kredit BOKT — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Mühasibatlıq əməliyyatlarını aparır, vergi və maliyyə hesabatlarını hazırlayır.
Mühasibatlıq işlərini aparır, maliyyə hesabatları hazırlayır və 3 il təcrübə tələb olunur.
Şirkətin maliyyə strategiyasını idarə edir və 8-10 il maliyyə təcrübəsi tələb olunur

