Vakansiya haqqında

Əmək funksiyası:

  • Şirkətin strategiyasını, daxili audit barədə qanunvericiliyi, beynəlxalq daxili audit standartlarını, normativ sənədləri və rəhbərliyin qəbul etdiyi qərarları əsas götürərək, daxili auditin forma və qaydalarını, auditin illik iş planını işləmək və rəhbərliyin təsdiqinə vermək;
  • Daxili audit və audit üzrə tərtib olunan aktların nəticəsi barədə rəhbərlik üçün qısa arayış və rəy hazırlamaq;
  • Yoxlama zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, anoloji halların təkrar olunmaması üçün rəhbərliyə təkliflər vermək;
  • İdarədə fəaliyyət göstərən struktur bölmələrinin müəssisədaxili qaydalara və qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun fəaliyyət göstərməsinə nəzarəti həyata keçirmək və görülmüş işlər barədə vaxtaşırı rəhbərliyi məlumatlandırmaq;
  • Zəruri hallarda Ümumi Yığıncağın və direktorun razılığı ilə Cəmiyyətin digər əməkdaşlarını auditin aparılmasına cəlb etmək;
  • Daxili auditin fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını hazırlamaq və Ümumi Yığıncağa və Cəmiyyətin direktoruna təqdim etmək;
  • Daxili auditin fəaliyyəti ilə bağlı rüblük, illik hesabatı Ümumi Yığıncağa, Cəmiyyətin direktoruna və aidiyyəti sahələrin rəhbər şəxslərinə təqdim etmək;

ƏL/TMM üzrə vəzifə öhdəlikləri

  • ƏL/TMM üzrə daxili nəzarət sistemlərinin müstəqil qiymətləndirilməsini həyata keçirir;
  • Audit fəaliyyətində tam müstəqilliyi və obyektivliyi təmin edir ;
  • ƏL/TMM risklərinin müəssisənin fəaliyyətinə təsirini mütəmadi qiymətləndirir;
  • ƏL/TMM üzrə siyasət, qayda və prosedurların normativ tələblərə və beynəlxalq standartlara uyğunluğunu yoxlayır;
  • ƏL/TMM üzrə aparılmış audit yoxlamalarının nəticələri barədə birbaşa olaraq Səhmdarların Ümumi Yığıncağına təqim edir;
  • Uyğunsuzluqlar və zəifliklər barədə tövsiyələr hazırlayır, onların aradan qaldırılmasına nəzarət edir;
  • Xarici auditorlar və nəzarət orqanlarının ƏL/TMM üzrə yoxlamaları ilə bağlı əməkdaşlıq edir;
  • ƏL/TMM üzrə daxili nəzarət sisteminin davamlı təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
  • ƏL/TMM üzrə audit yoxlamalarını riskəsaslı yanaşma ilə ən azı ildə bir dəfə həyata keçirir.

Bilməlidir:

  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mərkəzi Bankın qayda və tələbləri, Daxili Audit haqqında qanunu, Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə standartlarını, təlimat və qaydaları, məcəllələri (əmək, vergi, inzibatı xətalar və s), qanunları (daxili audit, mühasibat uçotu), qaydalar və digər normativ-hüquqi aktlar barədə biliklər;
  • Daxili audit standartlarını;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Vəzifə tələbləri:

  • Ali iqtisadi və ya hüquqi təhsilə, həmçinin müvafiq ixtisas üzrə ən azı 5 (beş) il iş təcrübəsinə malik olmaq;
  • Maliyyə menecmenti, maliyyə və mühasibatlıq sahələrində peşəkar bilik və praktiki bacarıqlara malik olmaq;
  • MS Office proqramlarını yüksək səviyyədə bilmək; ERP tipli proqramlarla işləmək bacarığı üstünlükdür;
  • Risklərin qiymətləndirilməsi, təhlili və idarə edilməsi sahəsində analitik düşünmə qabiliyyətinə malik olmaq;
  • Kənar auditin aparılması qaydaları, prinsipləri və müvafiq normativ tələblər barədə biliklərə malik olmaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 sentyabr 2026
Son tarix
28 oktyabr 2026
HRX ilə müraciət
1
Baxış
15

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Daxili auditor üzrə bazar adətən 1 500–2 300 ₼ ödəyir, median — 1 600 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

27 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Daxili auditor kimi öz maaşını yoxla

Şirkət haqqında

YIĞIM Payment Services
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex · Baku
YIĞIM Payment Services — bütün vakansiyalar

YIĞIM Payment Services – Azərbaycanın ilk PCI DSS beynəlxalq təhlükəsizlik sertifikatını almış aparıcı fintech şirkətidir və fərdi və korporativ müştərilər üçün innovativ ödəniş həlləri təqdim edir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakıdadır.

Minimum 5 il iş təcrübəsi tələb olunur.

İş saatları və iş günləri barədə məlumat verilməyib.

Namizəd CV-ni elektron poçt vasitəsilə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Daxili auditor üzrə Bakıda digər açıq elanlar.

Capital.com
Head/Director · 5+ ilBakı
Maaş göstərilməyib

Maliyyə sektorunda daxili audit funksiyasını idarə edir və riskləri qiymətləndirir.

Internal AuditRisk ManagementCorporate governanceTeam Leadership+6
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Daxili auditor
Müraciət et