Vakansiya haqqında

Təsvir

  • İnformasiya sistemlərinin və elektron xidmətlərin qiymətləndirilməsi proseslərinin həyata keçirilməsi;
  • İnformasiya sistemləri üzrə analizlərin (diaqnostikaların) aparılması;
  • Audit hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Qiymətləndirmə nəticələri üzrə tövsiyələrin hazırlanması;
  • Qiymətləndirmə metodologiyalarının təkmilləşdirilməsinə dəstək göstərilməsi;
  • Hesabatlılığın təmin edilməsi;
  • Müvafiq araşdırmaların aparılması;
  • Görüşlərdə və müzakirələrdə iştirakın təmin edilməsi.

Tələblər

  • İT audit sahəsi üzrə ən az 3 (üç) il iş təcrübəsi;
  • İnformasiya texnologiyaları, kompüter informasiya sistemləri və ya oxşar sahələrdə ixtisaslaşma;
  • Texniki səviyyədə ingilis dili biliyi;
  • Dövlət qurumları və digər aidiyyəti subyektlərlə rəsmi və işgüzar danışıqların (habelə yazışmaların) aparılması qabiliyyəti;
  • Elektron sənəd dövriyyəsi vasitəsilə rəsmi yazışmaların aparılması təcrübəsi;
  • İT idarəetmə çərçivələrinin (COBIT kimi) və risklərin idarəedilməsi prinsiplərinin başa düşülməsi. Riskin qiymətləndirilməsi metodologiyaları, risklərin azaldılması strategiyaları və İT ilə bağlı riskləri müəyyən etmək və qiymətləndirmək bacarığı – yüksək səviyyədə;
  • İT idarəetmənin dizayn və effektivliyinin qiymətləndirilməsi bacarığın olması. Buna ümumi İT idarəetmə (məsələn: dəyişikliklərin idarəedilməsi, ehtiyat nüsxələrin yaradılması və zərərdən sonra bərpa olunma) və tətbiq etmənin idarəedilməsi aiddir. Tənzimləyici tələblər və uyğunluq çərçivələrini (məsələn: GDPR, HIPAA və s.) ilə tanışlıq və bu standartlara uyğunluğun qiymətləndirilməsi bacarığının olması – yüksək səviyyədə;
  • İnformasiya təhlükəsizliyi prinsipləri, ən yaxşı təcrübələr və standartları haqqında biliyə sahib olmaq. ISO 27001 kimi təhlükəsizlik çərçivələri ilə tanışlıq. Şəbəkə təhlükəsizliyi, məlumatın mühafizə olunması, identifikasiya və girişin (access) idarəedilməsi, boşluqların idarəedilməsi və hadisəyə reaksiyanın verilməsi kimi məsələləri başa düşmək – orta səviyyədə;
  • İT layihələrin idarəedilməsi təcrübələrinin qiymətləndirilməsi üzrə təcrübəyə sahib olmaq. Layihələrin idarəedilməsi üzrə mövcud olan “framework”ləri və metodologiyaları (məsələn Agile, Waterfall) başa düşmək. Proqram təminatının hazırlanması həyat dövrü (SDLC) ilə tanışlığın olması – orta səviyyədə.
  • COBIT, ITIL və CISA sertifikatları (arzuolunandır);
  • Dövlət qurumları və digər aidiyyəti subyektlərlə rəsmi və işgüzar danışıqların (habelə yazışmaların) aparılması qabiliyyəti;
  • Elektron sənəd dövriyyəsi vasitəsilə rəsmi yazışmaların aparılması təcrübəsi;
  • İşgüzar, məsuliyyətli, komandada işləmək bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 avqust 2026
Dillər
English
Son tarix
19 sentyabr 2026

Şirkət haqqında

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə, Dövlət xidmətləri · 300-500 · Baku

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi…

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bestcomp Group
Senior · 4–5 ilBakı
Maaş göstərilməyib

İT infrastrukturu və proqram təminatı layihələrini idarə etmək üçün 4-5 il təcrübəsi olan mütəxəssis.

IT Infrastructure ManagementRisk ManagementAzure DevOpsISO 27001+21
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Senior IT auditor
Müraciət et