Əməkhaqqı və mükafatların düzgün hesablanmasını təmin edən, SAP və əmək qanunvericiliyini bilən mütəxəssis.
Vakansiya haqqında
Təsvir
- Bütün əməkdaşların əsas əmək haqqının, əlavələrin, mükafatların, iş vaxtından artıq işə görə ödənişlərin, ezamiyyət və digər kompensasiya növlərinin SAP sistemində dəqiq və vaxtında hesablanmasını təmin etmək
- Aylıq əmək haqqı hesablama dövrünün (payroll cycle) əvvəldən sona qədər idarə olunması: məlumatların yığılması, yoxlanılması, hesablanması, təsdiqlənməsi və ödənişin icrası
- İşdən çıxma, məzuniyyət, xəstəlik vərəqləri, əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi hallarda hesablamaların düzgün aparılması
- Yeni işə qəbul olunan və işdən azad olunan əməkdaşlar üzrə yekun hesablaşmaların (final settlement) həyata keçirilməsi
- Gəlir vergisi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) ayırmaları, işsizlikdən sığorta və tibbi sığorta ayırmalarının qanunvericiliyə tam uyğun hesablanması
- Qanunvericilikdəki dəyişikliklərin izlənməsi və SAP sistemində müvafiq tənzimləmələrin aparılması
- Rəhbərlik üçün aylıq/rüblük/illik əmək haqqı fondu üzrə analitik hesabatların hazırlanması
- Büdcə planlaşdırılması üçün əmək haqqı fondu üzrə proqnoz və hesablamaların aparılmasında iştirak
- Mühasibatlıq şöbəsi ilə əmək haqqı üzrə balans hesablarının tutuşdurulması (reconciliation)
SAP sistemi ilə iş:
- SAP HCM/Payroll modulunda əməkdaş məlumatlarının, tarif dərəcələrinin, hesablama qaydalarının aktual saxlanılması
- Sistemdə yaranan xətaların (payroll errors) aşkarlanması, səbəblərinin araşdırılması və aradan qaldırılması
- SAP-da yeni hesablama sxemlərinin, əlavə ödəniş növlərinin test edilməsi və tətbiqi prosesində iştirak
- Sistem yeniləmələri (upgrade) zamanı test proseslərində iştirak etmək
Tələblər
- Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə)
- Əmək haqqı hesablanması sahəsində minimum 3-4 il iş təcrübəsi
- SAP sistemində (HCM/Payroll modulu) praktiki iş təcrübəsi üstünlükdür
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, vergi və sosial sığorta qanunvericiliyi üzrə dərin bilik
- MS Excel-də yüksək səviyyəli bacarıq
- Analitik düşüncə, diqqətlilik
- Komanda ilə işləmə və vaxt idarəetməsi bacarıqları
- Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dilində bilik üstünlükdür
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Əmək haqqı hesablanması sahəsində minimum 3-4 il iş təcrübəsi tələb olunur.
Vakansiya tam ştatdır, iş saatları barədə məlumat verilməyib.
SAP HCM/Payroll modulu istifadə olunur.
Ali təhsil maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə olmalıdır.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏmək haqqı üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Əməkhaqqı üzrə mütəxəssis işçilərin əməkhaqlarını qanunvericiliyə uyğun hesablayır və hesabatlar hazırlayır.
Əmək haqqı üzrə mühasib işçilərin əməkhaqqı və vergilərini düzgün hesablamağı bacarmalıdır.
İşçilərin əmək haqqı və vergilərinin hesablanması, 1C proqramında əməliyyatların aparılması.


