İnsan resursları və əmək haqqı üzrə mütəxəssis

Ram Holding

Vakansiya haqqında

Namizədə olan tələblər:

  • Təhsil: Ali;
  • İR əməliyyatları və əmək haqqı hesablanması üzrə 2 il iş təcrübəsi;
  • Əmək Qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət);
  • Məsuliyyətli, çevik və stressə davamlı olmalı.

Vəzifə öhdəlikləri:

  • Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin
    hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;
  • İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
  • İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
  • Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (sənədlərin yığılması, müqavilələrin imzaladılması, sistemdə qeydiyyatın aparılması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi);
  • İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması;
  • Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərlik ilə görüşdürülməsi;
  • İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
  • Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması;
  • Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
  • Hesabatların rəhbərliyə təqdim olunması;
  • Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi;
  • Əməkdaşlar arasında baş vermiş konfliktlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi;
  • Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
  • Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
  • Müvafiq proqram təminatinda əmək haqqıların, son haqq hesabların , məzuniyyət haqlarının hesablanması və ödənişə göndərilməsi;
  • Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılmasının təmin edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: müsahibə əsasında;
  • İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30);
  • Servis xidməti (20 Yanvar, Gənclik və Sumqayıt istiqamətlərinə) ;
  • Nahar.

Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 sentyabr 2026
Son tarix
7 oktyabr 2026

Şirkət haqqında

Ram Holding
Trucking company · Bakı
Ram Holding — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Daxil olan və çıxan sənədlərin qeydiyyatını aparır, MS Office bacarığı tələb olunur.

Report PreparationTeamworkDocument ManagementArchiving+4
Müraciət etAsan müraciətAsan müraciət
İnomarka.az
Senior · 3+ ilBakı
Maaş göstərilməyib

Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarını idarə edir, 3 il təcrübə tələb olunur.

AccountingPayrollHR OperationsContract Drafting+14
Müraciət etAsan müraciətAsan müraciət
Avto 500
Middle · 1–3 ilBakı
500–700

Ofisin gündəlik fəaliyyətini idarə edir və sənədləşmə işlərini bilir, 1-3 il təcrübə tələb olunur.

Office ManagementMultitaskingDocument ManagementArchiving+6
Müraciət etAsan müraciətAsan müraciət
Flazer
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

İşə qəbul, əmək haqqı və sənədləşmə proseslərini idarə edən, 1 il təcrübəli HR mütəxəssisidir.

Report PreparationLabor Code KnowledgeEMAS SystemPayroll Processing+8
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları və əmək haqqı üzrə mütəxəssis
Müraciət et