Vakansiya haqqında

PAŞA Property Management “Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

  • Bütün əmək haqqı hesablanması əməliyyatlarının təyin olunmuş işçilər qrupu üzrə dəqiq və vaxtında işlənməsini təmin etmək üçün iş axınının idarə olunması;
  • Təsdiqlənmiş iş vaxtı cədvəllərinin nəzərdən keçirilməsi və dəqiqliyinin təmin edilməsi;
  • İşçilərin əmək haqqı hesablanmasının qanun və qaydalara uyğun olmasını təmin etmək;
  • Qanunvericiliyin tələbinə əsasən əmək haqqı tutulmaları, maaş avanslarının və digər kəsintilərin tətbiqin və ona nəzarəti təmin etmək;
  • İşçilərə dair məlumatların ( iş qrafiki, iş vaxtından artıq iş saatları, məzuniyyət balansı, ştat cədvəli və sairəyə dair təfsilatlı hesabatların hazırlanması/paylaşılması daxil olmaqla) biznes tərəfdaş komandası, maliyyə komandası və iş cədvəllərinə nəzarətçilər arasında axınına və koordinasiyasına nəzarət etmək və məsul olmaq;
  • İşçilərin sorğuları əsasında illik əmək haqqı arayışlarının hazırlanması;
  • Müvafiq şöbələrə İR-ə dair hesabatlar üçün, əmək haqqı, şirkət büdcəsi və xərcləri barədə məlumatların hazırlanması;
  • Əmək haqqı və iş vaxtı cədvəlinin auditi fəaliyyətinin aparılmasına köməklik etmək;
  • İşçilərin əmək haqqı sorğularının vaxtında cavablandırılması;
  • İşçilərə bank hesabı və əmək haqqı kartlarının verilməsini təmin etmək;
  • Sosial müavinətlər ilə bağlı DSMF-yə müraciət etmək;
  • Həyat Sığortası və Həyatın Yığım Sığorta Planı təminatçıları və işçiləri arasında əlaqələndirici şəxs kimi fəaliyyət göstərmək.
Yerləşmə
Bakı
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 avqust 2026
Son tarix
12 sentyabr 2026

Şirkət haqqında

PASHA Property Management
Real Estate · Baku

PAŞA Property Management — premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Biz lüks sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət təklif edirik.

PASHA Property Management — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis
Müraciət et