Vakansiya haqqında

Təsvir

  • Sifarişçi tərəfindən göndərilən yük sənədlərinə baxış keçirilməsi və düzgünlüyünün təsdiq edilməsi və çatışmayan sənədlərin sifarişçidən alınması;
  • Sifarişçinin müraciətinə əsasən gömrük rüsumlarının və yığımlarının əvvəlcədən hesablanması və Sifarişçiyə gömrük rəsmiləşdirilməsinə dair məlumatların təqdim edilməsi;
  • Müqavilələrdə qeyd olunan məlumatlarla yük sənədlərində olan məlumatların uyğunluğunun yoxlanılması;
  • Mövcud qanunvericiliyə uyğun olaraq gömrük rüsumlarının və yığımlarının hesablanmasını həyata keçirilməsi;
  • Gömrük rəsmiləşdirilməsi üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş icazə, rəy və sertifikatların alınması üçün səlahiyyətli şəxslərə məlumatların verilməsi;
  • Gömrük orqanlarına müraciət məktublarının hazırlanması və göndərilməsi;
  • Yük gömrük bəyannamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi;
  • Yük gömrük bəyannamələrinin rəsmiləşdirilməsi haqqında gömrük brokerlərinə və müvəqqəti saxlanc anbarının əməkdaşlarına məlumatların verilməsi;
  • Müvəqqəti saxlanc və sərbəst dövriyyə bəyannamələrinin hazır olduqda müvafiq şöbələrə göndərilməsi;
  • Gömrük orqanlarından və şirkət daxilindən daxil olan sorğulara əsasən yük, bəyannamə və digər məlumatlarının toplanıb təqdim olunması;
  • Müvəqqəti saxlanc anbarının Dövlət Gömrük Komitəsinin reyesterində qeydiyyatdan keçirilməsi;
  • Birbaşa rəhbərin fərdi rəsmi tapşırıqlarını yerinə yetirir.

Tələblər

  • Gömrük Qanunvericiliyi: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və aidiyyəti normativ hüquqi aktlar;
  • Elektron Sistemlər: Elektron gömrük xidmətləri portalı və bəyannamə proqramları ilə işləmə qaydaları;
  • Mal Kodları: XİF MN kodlarının təyin edilməsi prinsipləri;
  • Beynəlxalq Qaydalar: Beynəlxalq ticarət terminləri (Incoterms 2020) və ticarət müqavilələrinin əsasları;
  • Kompyuter bilikləri: Ofis proqramları (xüsusilə Excel) və ixtisaslaşmış gömrük proqramlarından sərbəst istifadə etmək;
  • Ünsiyyət: Gömrük əməkdaşları və şirkətin digər şöbələri ilə effektiv işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 sentyabr 2026
Son tarix
3 oktyabr 2026

Şirkət haqqında

Avromed Company MMC
Əczaçılıq məhsullarının istehsalı, İnsan sağlamlığı və sosial xidmətlər · 500 + · Baku

Avromed Company MMC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə əməkdaşlıq edərək Azərbaycan səhiyyə sisteminin müalicə və…

Avromed Company MMC — bütün vakansiyalar

Bacarıqlar və texnologiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç
Göstərilməyib
Gömrük məsələləri üzrə baş mütəxəssis
Müraciət et