Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis

Zeytun Pharmaceuticals

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–1 000 ₼
Yerləşdirilib
25 iyun 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
25 iyul 2026

Vakansiya haqqında

Ümumi tələblər

  • Təhsil: Ali
  • Təcrübə: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
  • Proqram bilikləri : MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Dil bilikləri : Azərbaycan dili, Rus dili
  • Cəldlik, problemləri həll etmə bacarığı, analitik düşüncə tərzi, riyazi biliklər, yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı

​​​​​​​Vəzifə öhdəlikləri

  • Qısa İdxal Bəyannamələrinin yazılmasına nəzarət etmək
  • Gömrük paket sənədlərinin hazırlanması prosesini idarə etmək
  • Yüklərin müvəqqəti saxlanc, sərbəst dövriyyə bəyannamələrinin hazırlanmasına nəzarət etmək
  • Yüklərin gömrük orqanlarından keçirilməsi işini idarə etmək
  • Malların idxal, ixrac proseslərinin həyata keçirilməsini idarə etmək
  • İllik, aylıq hesabatların hazırlanması

İş şəraiti:

  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək Haqqı: 800-1000 AZN

Şirkət haqqında

Zeytun Pharmaceuticals
Topdan və pərakəndə satış · 1000 + · Baku

Zeytun Pharmaceuticals MMC Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə təchizat şirkətlərindən biridir. Şirkət 2014-cü ildən etibarən fəaliyyət göstərir və dərman vasitələrinin idxalı, distribusiyası, topdansatışı, pərakəndə satışı və aptek şəbəkəsinin idarə olunması istiqamətində ölkə üzrə geniş fəaliyyət göstərir. Zeytun Pharmaceuticals ölkənin bütün regionlarını əhatə edən geniş logistika və satış infrastrukturu ilə fəaliyyət göstərərək, dövlət və özəl tibb müəssisələrinin etibarlı tərəfdaşlarından biri hesab olunur. Şirkət beynəlxalq farmasevtik istehsalçılarla əməkdaşlıq edir və yüksək keyfiyyət, təhlükəsizlik və beynəlxalq standartlara uyğun xidmət prinsiplərini əsas tutur. Hazırda şirkətin Bakı və regionlar daxil olmaqla 1000+ əməkdaşı , yüzlərlə aptek və geniş distribusiya şəbəkəsi mövcuddur. Şirkət Azərbaycanın farmasevtika sektorunda ən böyük və sürətlə inkişaf edən şirkətlərdən biri kimi tanınır.

Zeytun Pharmaceuticals — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
800–1 000 ₼
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis
Müraciət et