Vakansiya haqqında

Ümumi məlumat
Bank və partnyor əməliyyatlarının üzləşdirilməsi, klirinq və hesablaşma proseslərinin düzgün icrasını təmin edəcək Hesablaşmalar üzrə mütəxəssis axtarırıq.
Öhdəliklər
  • Müvafiq müxabirləşmələrin uçot və bank sistemlərində qeydiyyatını aparmaq, yeni layihələr üzrə müxabirləşmə qaydalarının müəyyən edilməsi və qurulmasında iştirak etmək;
  • Bank hesabları üzrə gündəlik avtomatik silinmə və mədaxil əməliyyatlarını verilənlər bazasındakı məlumatlarla müqayisə etmək, fərqləri müəyyənləşdirmək və zəruri düzəlişlərin aparılmasını təmin etmək;
  • Nəzarətində olan partnyorlarla bağlanmış müqavilələrə və daxili sənədlərə uyğun olaraq üzləşmə proseslərini tam və düzgün şəkildə həyata keçirmək;
  • Əməliyyatların verilənlər bazasında və bank çıxarışlarında düzgün əks olunmasını təmin etmək məqsədilə mövcud və yeni partnyorlar, banklar və daxili struktur bölmələrlə əməkdaşlıq etmək;
  • Acquirer banklar və Kapital Bank tərəfindən QR ödənişləri üzrə daxil olan sorğuları cavablandırmaq və müvafiq əməliyyatların düzgünlüyünü yoxlamaq;
  • Xarici banklar və partnyorlarla aparılan əməliyyatları gündəlik yoxlamaq, uyğunsuzluqları araşdırmaq və müvafiq düzəlişlərin həyata keçirilməsini təmin etmək;
  • Partnyorlara müvafiq reyestrlərin göndərilməsini və onlardan reyestrlərin vaxtında qəbul edilməsini təmin və nəzarət etmək;
  • Görülmüş işlər və həyata keçirilmiş əməliyyatlar üzrə birbaşa rəhbərə mütəmadi hesabatlar təqdim etmək;
  • Fəaliyyəti müvafiq qanunvericilik, daxili normativ sənədlər və müəyyən edilmiş prosedur və qaydalara uyğun həyata keçirmək.
Tələblər
  • Ali təhsil;
  • Hesablaşmalar, klirinq, bank əməliyyatları, maliyyə və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
  • Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
  • Mühasibat uçotu və uçot sistemləri üzrə biliklər;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • SQL bilikləri və məlumat bazaları ilə işləmək təcrübəsi (Python bilikləri üstünlükdür);;
  • Azərbaycan dilini sərbəst, rus və ingilis dillərini işgüzar səviyyədə bilmək;
  • Güclü analitik düşüncə və hesabatların hazırlanması bacarığı;
  • Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq normativ-hüquqi aktları və requlyativ tələbləri üzrə biliklər;
  • ACCA və/və ya Peşəkar Mühasib Sertifikatının olması üstünlükdür;
  • Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;
  • Sistemli yanaşma, problem həll etmə və komanda ilə effektiv işləmək bacarığı.
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 avqust 2026
Dillər
Azerbaijani, Russian, English

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

m10
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Bank əməliyyatlarının üzləşdirilməsini və maliyyə hesabatlarının hazırlanmasını həyata keçirir, 1 il təcrübə tələb olunur

Financial ReconciliationReport PreparationTeamworkAccounting knowledge+4
Müraciət et
jobU
Middle · 1–2 ilGəncə
Maaş göstərilməyib

Müştərilərlə görüşərək kredit ehtiyaclarını qiymətləndirir və satışını həyata keçirir

Financial AnalysisPresentationNegotiationReport Preparation+12
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Hesablaşmalar üzrə mütəxəssis
Müraciət et