Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Hüquqi yeniliklərin izlənilməsi, təhlili və araşdırılması;
Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati, müqavilə hüququnu bilməsi;
Müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin yazılması;
Fiziki və hüquqi şəxslərdən, habelə dövlət orqanları, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliyə uyğun baxılması;
Müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericiliyə uyğun digər zəruri sənədlərin tərtib edilməsi;
Vəzifə öhdəliklərindən irəli gələn digər hüquqi tapşırıqların icrası.
Tələblər:
Hüquq üzrə ali təhsil;
Kişi namizədlər üçün - hərbi xidmət keçmiş olması;
Tikinti hüququ sahəsində təcrübənin olması üstünlükdür;
Dil bilikləri: Azərbaycan dili – ana dili səviyyəsində, rus və ingilis dilləri mütləqdir (şifahi ünsiyyət və hüquqi yazı bacarığı);
Azərbaycan Respublikasının qanunvericiliyi ilə işləmək bacarığı;
Effektiv ünsiyyət bacarığı;
Komandada işləmək bacarığı;
Gərgin iş şəraitinə və stressə davamlılıq;
Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və öyrənməyə açıqlıq;
Yaş: 25-28;
Mütləq 3-5 il iş təcrübəsi.
İş şəraiti
İş vaxtı: 5 (beş) günlük.
İstirahət günü: şənbə, bazar.
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində təyin ediləcəkdir.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


