Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
3 avqust 2026

Vakansiya haqqında

İş şəraiti

  • İş qrafiki: / Bazar ertəsi - cümə 08:00 - 17:00
  • Şəhər: Bakı

Tələblər:

  • Hüquqşünaslıq ixtisası üzrə ali bakalavr təhsili (magistr dərəcəsinin olması üstünlükdür);
  • Hüquq sahəsində, o cümlədən, korporativ hüquq və ya inzibati hüquq sahəsində minimum 2 - 3 il iş təcrübəsi;
  • AR Mülki Məcəlləsi, Əmək Məcəlləsi, "Vətəndaşların müraciətləri haqqında" AR Qanununu və kargüzarlıq fəaliyyətinə dair normativ hüquqi aktları mükəmməl səviyyədə bilmək;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi nitq, ingilis dilində sənədləşmə və yazışma aparmaq səviyyəsində bilmək (rus dili bilikləri arzuolunandır);
  • MS Office proqramlarında işləyə bilmə bacarıqları;
  • Operativlik, dəqiqlik və səliqə;
  • Analitik düşünmə, detallara qarşı həssaslıq, güclü yazı və redaktə, komandada işləmək bacarığı, yüksək ünsiyyət qurma və dinləmə bacarıqları;
  • Subordinasiyaya və etik davranış qaydalarına ciddi əməl etmə bacarığı;

İşin təsviri:

  • Hüquqi məsələlərin həlli ilə bağlı Cəmiyyətin struktur bölmələrinə məsləhətlər, təkliflər və tövsiyələr vermək;
  • Cəmiyyəti dövlət idarəetmə, nəzarət və hüquq-mühafizə, yerli özünü idarəetmə və məhkəmə orqanlarında və notariatda təmsil etmək;
  • Müqavilə, saziş, əqd və digər sənədlərin hüquqi baxımdan təhlilini aparmaq, hazırlamaq və onlara dair hüquqi rəy vermək;
  • Struktur bölmələrinin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həllini təmin etmək;
  • Məhkəmə və digər dövlət orqanlarına sənədləri hazırlamaq;
  • Hüquqi və normativ bazaya aid sənədləşməni sistemləşdirmək və uçotunu aparmaq;
  • Müqavilələr reyestrini formalaşdırmaq və idarə edilməsini təmin etmək;
  • Cəmiyyət və Cəmiyyətin müvafiq struktur bölmələrinin fəaliyyəti ilə bağlı tələb olunan sənədlər toplusunu (formalar, blanklar, məhsulların pasportları, daxili prosedur və qaydalar, vəzifə təlimatları, əsasnamələr və s.) hazırlamaq;
  • İş prosesində Cəmiyyətin fəaliyyətini tənzimləyən şirkətdaxili normativ aktların təkmilləşdirilməsi, o cümlədən bu və ya digər xidmətlərin optimallaşdırılması üzrə nümunəvi layihələr, metodiki tövsiyələr və təkliflər vermək;
  • Məktubların tərtib olunması, müxtəlif məruzələrin və mətnlərin hazırlanmasında rəhbərliyə və struktur bölmələrə köməklik göstərmək;
  • Cəmiyyətin normativ hüquqi bazasının uçotunu aparmaq, daim yenilənməsi və müvafiq inzibati strukturlarla əlaqələndirilməsini həyata keçirmək;
  • Daxili prosedurların, qaydaların, təlimatların, pasportların və s., təkmilləşdirilməsi məqsədi ilə rəy və təkliflər vermək;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq;
  • Rəhbərliyin, o cümlədən, birbaşa tabe olduğu rəhbərinin işçinin peşə fəaliyyətinə dair verdiyi digər tapşırıq və göstərişlərini yerinə yetirmək.
  • Cəmiyyətin mənafeyini qorumaq, şirkətə, onun müştərilərinə aid olan məxfi məlumatları, sənədləri (kommersiya sirri) üçüncü şəxslərə verməmək;
  • İmzaladığı sənədlərə görə şəxsən və şərtsiz məsuliyyət daşımaq.

Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” - lərə baxılmayacaq.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

AR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuMiddle6 gün əvvəl
Contract reviewLegal Document DraftingLegal Research
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Hüquq məsləhətçisi
Müraciət et