Şirkətin fəaliyyətindən irəli gələn müxtəlif növ müqavilələrin hazırlanması, hüquqi ekspertizası, razılaşdırılması və icrasının hüquqi müşayiətini həyata keçirmək;Müqavilə layihələri üzrə danışıqlarda iştirak etmək, hüquqi riskləri müəyyənləşdirmək;Müqavilələrin Azərbaycan Respublikası qanunvericiliyinə və şirkətin daxili siyasətlərinə uyğunluğunu təmin etmək;Müqavilələrin icrası zamanı yaranan hüquqi məsələlər üzrə struktur bölmələrə hüquqi dəstək göstərmək;Korporativ, kommersiya və mülki hüquq məsələləri üzrə hüquqi rəylər hazırlamaq;Dövlət orqanları, məhkəmələr və digər təşkilatlarla hüquqi yazışmaları hazırlamaq və hüquqi proseslərdə iştirak etmək;Hüquqi sənədlərin, müqavilələrin və əlaqədar materialların sistemləşdirilməsi, uçotu və arxivləşdirilməsini təmin etmək;Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək. Xüsusi tələblər Hüquq üzrə ali təhsil;Hüquqşünas vəzifəsində minimum 2 il iş təcrübəsi;Müqavilə hüququ və müqavilələrin hazırlanması, təhlili, danışıqların aparılması və hüquqi ekspertizası üzrə praktiki təcrübə;Azərbaycan Respublikasının mülki, kommersiya və korporativ qanunvericiliyi üzrə güclü biliklər;Hüquqi şəxslərlə iş və biznes münasibətlərinin hüquqi tənzimlənməsi sahəsində təcrübə;Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;Hüquqi sənədlərin hazırlanması və təhlili üzrə yüksək bacarıq;Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik. Müraciət etmək üçün: [email protected]
Şirkət haqqında
Azərlotereya ASC
Entertainment Providers · 201-500 · Bakı
Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru | "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmışdır. Fərmana əsasən Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini "Azərlotereya" ASC həyata keçirir. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.