Kateqoriya menecerliyi üzrə şöbənin idarə olunması və analitik bacarıqlar tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Daşınmaz əmlak bazarının mütəmadi monitorinqinin aparılması;
- Mənzil, kommersiya, torpaq və digər əmlak seqmentləri üzrə bazar məlumatlarının toplanması;
- Satış və icarə qiymətlərinin araşdırılması və müqayisəli təhlili;
- Rayon və ərazilər üzrə qiymət dinamikasının izlənilməsi;
- Əmlakların bazar dəyərinə təsir edən əsas amillərin müəyyənləşdirilməsi;
- Müqayisəli bazar təhlillərinin aparılması;
- Əmlak portfelinin dəyərinin və dinamikasının təhlil edilməsi;
- Əmlakların gəlirlilik və investisiya potensialının qiymətləndirilməsi;
- Bazar tendensiyalarının, risklərin və potensial imkanların müəyyənləşdirilməsi;
- Yeni daşınmaz əmlak layihələrinin və bazar iştirakçılarının araşdırılması;
- Toplanmış məlumatların sistemləşdirilməsi və məlumat bazasının formalaşdırılması;
- Aylıq, rüblük və illik analitik hesabatların hazırlanması;
- Rəhbərlik üçün analitik arayışların, təqdimatların və statistik materialların hazırlanması;
- Əmlakların alışı, satışı, icarəsi və investisiya qərarları üzrə analitik əsaslandırmaların hazırlanmasında iştirak;
- Bazar məlumatları əsasında qiymət dəyişiklikləri üzrə proqnoz və analitik təkliflərin hazırlanması.
Tələblər:
- İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, statistika, daşınmaz əmlak, şəhərsalma və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Sahə üzrə 5 il iş təcrübəsi;
- Analitik düşüncə və məlumatlarla işləmək bacarığı;
- Daşınmaz əmlak bazarına dair bilik və maraq;
- Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Statistik məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
- Məlumatları müxtəlif mənbələrdən toplamaq, yoxlamaq və sistemləşdirmək bacarığı;
- Analitik nəticələri aydın şəkildə təqdim etmək bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
- İngilis və/və ya rus dili biliyi üstünlükdür.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Daşınmaz əmlak üzrə analitik” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
10 sentyabr 2026
Şirkət haqqında
Kristal
Real Estate · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Maliyyə planlaması və təhlili aparır, büdcələmə və maliyyə modelləşdirmə bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyibSon gün
Bank kredit portfelində riskləri idarə edir və maliyyə analizində təcrübə tələb olunur
Maaş göstərilməyib
Enerji tariflərini təhlil etmək və hesabatlar hazırlamaq üçün 2 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət



