Maliyyə bazarlarını və investisiya məhsullarını təhlil edir, analitik bacarıq tələb olunur.
Vakansiya haqqında
Vəzifə: İnvestisiya araşdırmaları şöbəsinin mütəxəssisi
Şirkət: ABB Invest
Şəhər: Bakı
İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
Əmək haqqı: Razılaşma əsasında
Əlaqə: hr@abbinvest.az
Vəzifə öhdəlikləri:
- Maliyyə bazarlarını, qiymətli kağızları və digər investisiya alətlərini təhlil etmək;
- Səhmlər, istiqrazlar, investisiya fondları, ETF-lər və digər maliyyə alətləri üzrə araşdırmalar aparmaq;
- Mövcud və potensial investisiya imkanları barədə analitik arayışlar və təqdimatlar hazırlamaq;
- Bazar dəyişiklikləri, makroiqtisadi göstəricilər və emitentlər üzrə yenilikləri izləmək;
- İnvestisiya məhsullarının müştərilərə düzgün və aydın şəkildə təqdim edilməsini təmin etmək;
- Müştərilərə təqdim olunan məlumatların dəqiq, əsaslandırılmış və aktual olmasına nəzarət etmək;
- İnvestisiya məsləhətlərinin, müştəri müraciətlərinin və verilmiş təkliflərin müvafiq qaydada sənədləşdirilməsini təmin etmək;
- Şirkətin daxili prosedurlarına, etik davranış, maraqların toqquşması və komplayens tələblərinə riayət etmək;
- Şöbənin fəaliyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Bank işi, İnvestisiyaların idarə edilməsi, Mühasibat uçotu və ya digər əlaqəli ixtisaslar üzrə)
- Maliyyə bazarları, qiymətli kağızlar və investisiya məhsulları üzrə biliklər;
- Fundamental və texniki təhlil barədə anlayış;
- Maliyyə hesabatlarını və əsas maliyyə göstəricilərini təhlil etmək bacarığı;
- İnvestisiya risklərinin qiymətləndirilməsi və portfelin diversifikasiyası üzrə biliklər;
- MS Excel və PowerPoint proqramlarında işləmək bacarığı;
- Bloomberg platformasında iş təcrübəsi üstünlükdür;
- Analitik düşünmə, məlumatları müqayisə və nəticələri əsaslandırma bacarığı;
- Müştəri ehtiyaclarının təhlili və müştəriyönümlülük;
- Effektiv ünsiyyət və təqdimat bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, məxfiliyin qorunması və etik davranış prinsiplərinə sadiqlik;
- Stressə davamlılıq və komandada işləmək bacarığı;
- Maliyyə və ya investisiya sahəsində minimum 1 il iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə, rus dili – üstünlükdür (yazılı, şifahi ünsiyyət və təqdimat bacarıqları).
Üstünlük verilən meyarlar
- İnvestisiya şirkəti, bank, aktivlərin idarə edilməsi və ya maliyyə analitikası sahəsində iş təcrübəsi;
- CFA sertifikatı və ya digər müvafiq peşəkar kvalifikasiyanın mövcudluğu;
- Yerli və beynəlxalq kapital bazarları üzrə araşdırma təcrübəsi.
Müraciət qaydası:
CV-lərinizi hr@abbinvest.az ünvanına göndərin. Mövzu sətrində “İnvestisiya araşdırmaları şöbəsinin mütəxəssisi” vəzifəsini qeyd etməyi unutmayın.
Şirkət haqqında
Müasir, Sürətli, İnnovativ | ABB Invest is one of the biggest Investment Companies in Azerbaijani Capital Market. Our Company provides full range of investment services to retail and corporate clients.
ABB Invest — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Satınalma və təchizat zəncirində tapşırıqları yerinə yetirir, yüksək ünsiyyət və analitik bacarıq tələb olunur.
Korporativ müştərilərə marketinq xidmətləri təqdim edir və B2B satış təcrübəsi tələb olunur.
IT məhsullarını öyrənib müştərilərə texniki satış üzrə dəstək verir, analitik düşüncə tələb olunur.


