Daxili audit ofisinə İT auditor/Aparıcı İT auditor/ Baş İT auditor

ABB

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 iyul 2026
Dillər
Azerbaijani, English, Russian

Bacarıqlar və texnologiyalar

Vakansiya haqqında

Görəcəyiniz işlər:

• Bank və onun törəmələrində auditlərin icrası və ya icrasının dəstəklənməsi;

• İT audit üzrə Kefiyyətə Əminlik funksiyasının icrası;

• İT audit istiqamətində normativ baza və metodologiyanın hazırlanması və təkmilləşdirilməsi;

• Daxili audit fəaliyyətinin requlyativ tələblərə, standarlara və qabaqcıl təcrübəyə uyğunluğunun qiymətləndirilməsində iştirak etmək;

• Dələduzluq halları üzrə araşdırmaları həyata keçirmək və ya həmin araşdırmaların həyata keçirilməsinə dəstək olmaq;

• İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsində iştirak etmək;

• Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.

• İT infrastruktur, siyasət və əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsi;

• İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması;

• Üçüncü tərəf, İT xidmət təminatçıları və autsorsinq razılaşmaları ilə bağlı risklərin qiymətləndirilməsi;

• İş davamlılığının və fəlakətin bərpası planlarının qiymətləndirilməsi;

• İT Sistemlərinin və İT İnfrastrukturunun təhlükəsizliyinin adekvatlığının və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;

• Məsafədən və yerində auditlər aparmaq,məlumat/məlumat bazalarının təhlilini həyata keçirilməsi;

• Audit müşahidəsi,tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatların tərtib edilməsi;


Bizim üçün uyğun namizəd:

• Aşağıda qeyd edilən sahələrdən hər hansı birində təcrübə və biliyə sahib olan:

- İT sistem inzibatçılığı və ya şəbəkə sahəsində fundamental biliyə;

- Əməliyyat sistemi ilə işləmə bacarığına;

- İT Governance və ya İT Risk sahəsində 1 il təcrübəyə;

• Rus dilində sərbəst şəkildə yazmaq, danışmaq bacarığı

• Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olan;

• Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan;

• Analitik və kritik düşünmə,

• Təşəbbüskarlıq və əzmkarlıq,

• Qərəzsizlik, tərəfsizlik, müstəqillik,

• Məsələlələrə mikro və makro baxış,

• Yüksək ünsiyyət bacarıqları,

• Davamlı inkişaf həvəsi və s.

• Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan;

• Microsoft Office və/və ya data analitik proqramlar ilə işləmə bacarığına sahib olan;

• Vətəndaş qüsursuzluğu olan şəxsdir.

Şirkət haqqında

ABB
Banking · Baku

ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.

ABB — bütün vakansiyalar
Göstərilməyib
Daxili audit ofisinə İT auditor/Aparıcı İT auditor/ Baş İT auditor
Müraciət et