Daxili nəzarət və komplayens şöbəsinin mütəxəssisi

CÜZDAN MMC

Vakansiya haqqında

  • Şirkətin daxili qayda, siyasət və prosedurlarından irəli gələn tələblərin icrasının monitorinqinə dəstək göstərmək;
  • Komplayens və daxili nəzarət fəaliyyəti üzrə tələb olunan məlumat və sənədlərin toplanmasını, sistemləşdirilməsini və uçotunun aparılmasını təmin etmək;
  • Müştərilər və əməliyyatlar üzrə ilkin yoxlamaların aparılmasında, o cümlədən KYC məlumatlarının və təqdim edilmiş sənədlərin yoxlanılmasında iştirak etmək;
  • Müştərilərin PEP, sanksiya siyahıları, yüksək riskli ölkə və digər müəyyən edilmiş risk meyarları üzrə yoxlanılmasını həyata keçirmək;
  • Şübhəli, qeyri-adi və yüksək riskli əməliyyatlar üzrə tələb olunan məlumatları toplamaq və ilkin araşdırmanın aparılmasına dəstək göstərmək;
  • Aşkarlanmış uyğunsuzluq, çatışmazlıq və risk halları barədə birbaşa rəhbərə məlumat vermək;
  • Komplayens riskləri, çatışmazlıqlar, tapşırıqlar və tədbirlər üzrə reyestrlərin və digər uçot sənədlərinin aparılmasına dəstək göstərmək;
  • Daxili nəzarət yoxlamaları zamanı tələb olunan sənəd və məlumatların toplanmasını həyata keçirmək;
  • Daxili qayda, prosedur, təlimat, hesabat, arayış, xidməti qeyd və digər sənədlərin hazırlanmasında texniki və təşkilati dəstək göstərmək;
  • Dövlət orqanlarından, Mərkəzi Bankdan, Maliyyə Monitorinqi Xidmətindən və digər aidiyyəti qurumlardan daxil olan sorğular üzrə tələb olunan məlumatların toplanmasında iştirak etmək;
  • Şöbənin fəaliyyəti üzrə dövri hesabatların hazırlanması üçün zəruri məlumatların toplanmasını və sistemləşdirilməsini həyata keçirmək;
  • Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üzrə verilmiş tapşırıqların icra vəziyyətinin izlənilməsinə dəstək göstərmək;
  • Komplayens, ƏL/TMM və daxili nəzarət üzrə təlimlərin təşkili və təlim materiallarının hazırlanmasında iştirak etmək;
  • Hesabatlılıq prosesləri üzrə məlumatların toplanmasına və ilkin yoxlanılmasına dəstək göstərmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə elektron və kağız daşıyıcılarda sənədlərin düzgün saxlanılmasını və məlumatların aktuallığını təmin etmək;
  • Birbaşa rəhbər tərəfindən şöbənin fəaliyyət istiqamətlərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026
Son tarix
29 sentyabr 2026

Şirkət haqqında

CÜZDAN MMC
Baku

Biz Azərbaycanda yeni lisenziya almış innovativ e-pul təşkilatıyıq, missiyamız rəqəmsal ödənişlərdə inqilab etməkdir. Biz e-ticarət platformaları üçün ödəniş platforması, kredit təşkilatları üçün onlayn ödəmə xidməti, pərakəndə satıcılar…

CÜZDAN MMC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Daxili nəzarət və komplayens şöbəsinin mütəxəssisi
Müraciət et