Bankın komplayens risklərinin idarə edilməsini və qanunvericiliyə uyğunluğunu təmin edir
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
1. Sığortaçının fəaliyyətində qanunvericiliyin və daxili qaydaların pozulması halları ilə bağlı əhəmiyyətli komplayens riskləri baş verdiyi halda Direktorlar Şurasına dövri və ya növbədənkənar əsasda hesabatlar təqdim etmək.
2. Sığortaçının komplayens riskinin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və monitorinqi üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri müəyyən etmək.
3. Aşkarlanmış və sığortaçının maliyyə dayanıqlığı göstəricilərinə neqativ təsir edəcək komplayens riskləri, habelə onların aradan qaldırılması üzrə görülmüş və (və ya) görüləcək tədbirlər barədə tələb edildiyi halda Mərkəzi Bankı məlumatlandırmaq.
4. Sığortaçının əməkdaşları üçün komplayens riskləri ilə əlaqədar təlim proqramı hazırlamaq və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrasını təmin etmək.
5. Yeni sığorta məhsullarının və xidmətlərinin hazırlanması və tətbiqi prosesində iştirak etmək, yeni məhsulların və xidmətlərin formalaşdırılması ilə bağlı fəaliyyətin qanunvericiliyə və əlaqəli sığorta siyasətinə, habelə sığorta təcrübəsinə uyğunluğunu qiymətləndirmək, bu məhsulların və xidmətlərin həyata keçirilməsindən qabaq sığortaçının hüquq xidməti və ikinci müdafiə xəttinə daxil olan struktur bölmələrin rəyinin alınmasını yoxlamaq.
6. Komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar daxili kommunikasiyanı təmin etmək.
7. Sığortaçının fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqini aparmaq.
8. Sığortaçıya və sığortaçının rəhbər işçilərinə tətbiq edilən sanksiyaların, sığortaçı barəsində qəbul edilmiş məhkəmə aktları ilə nəzərdə tutulan tələblərin, Mərkəzi Bank tərəfindən verilən icrası məcburi olan göstərişlərin icrasına nəzarət etmək, habelə müvafiq nəzarət tədbirlərinin sığortalılara təsiri barədə Komplayens Komitəsinə, bu komitə olmadıqda isə Riskləri İdarəetmə Komitəsinə hesabat təqdim etmək.
Şirkət haqqında
“Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb.
Qala Həyat Sığorta Şirkəti — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Risklərin idarə olunması, əməliyyat itkilərinin analizi və hesabatların hazırlanması üzrə işləyir.
Tikinti layihələrini idarə edir, planlaşdırır və 5-10 il təcrübəsi tələb olunur.
Dərman preparatlarının marketinqini və satışını idarə etmək üçün təqdimat və tədris təşkil edir.



