Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;
Müəssisənin fəaliyyəti ilə bağlı icarə, alqı-satqı və digər müqavilələrin hazırlanmasını, hüquqi ekspertizasını və digər prosesləri təmin etmək;
Müəssisənin departament, şöbə və bölmələrindən daxil olan hüquqi sorğuları cavablandırmaq, zəruri hallarda struktur bölmələrə hüquqi dəstək göstərmək.
Tələb olunan bilik və bacarıqlar:
Müqavilələrlə iş təcrübəsi (alqı-satqı, xidmət, icarə və s.);
Microsoft Office proqramlarında, xüsusilə Microsoft Word proqramında yüksək səviyyədə işləmək bacarığı;
Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik;
Operativlik və detallara diqqətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Hüquq ixtisası üzrə ali təhsil;
Korporativ hüquq sahəsində minimum 2 (iki) il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis və rus dili bilikləri üstünlükdür.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Şirkət haqqında
Tamstore is an Azerbaijani grocery retail chain operating supermarket, city and mini-market format stores in Baku and other cities.
Tam Store — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
