Vakansiya haqqında

Təsvir

  • Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas vakansiyasını elan edir.
  • Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
  • Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
  • Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Hansı özəlliklərə malik olmalıdır?

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyi üzrə biliklər;
  • İddia ərizələri və digər hüquqi sənədləri hazırlamaq bacarığı;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Hüquqi təhlil aparmaq, əsaslandırılmış mövqe formalaşdırmaq və fikirlərini aydın təqdim etmək bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik və müəyyən edilmiş müddətlərə riayət etmək bacarığı;
  • Effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı.

Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas nə iş görür?

  • Şirkətin məhkəməyə müraciətləri üzrə iddia ərizələrinin və digər prosessual sənədlərin hazırlanmasını, aidiyyəti məhkəmələrə təqdim edilməsini təmin etmək;
  • Verilmiş səlahiyyətlər çərçivəsində şirkəti məhkəmələrdə təmsil etmək və hüquqi mövqeyini müdafiə etmək;
  • Məhkəmə işləri üzrə zəruri sənəd və sübutları toplamaq, təhlil etmək və sistemləşdirmək;
  • Məhkəmə işlərinin gedişatını, iclas tarixlərini və prosessual müddətləri izləmək;
  • Məhkəmə qərarlarını və digər prosessual sənədləri təhlil etmək, nəticələr barədə aidiyyəti şəxsləri məlumatlandırmaq;
  • Məhkəmə işləri üzrə məlumat bazasını formalaşdırmaq və mütəmadi yeniləmək;
  • İcraatda olan işlərin statusu və nəticələri barədə dövri hesabatlar hazırlamaq.

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: 400 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
400 ₼
Yerləşdirilib
8 oktyabr 2026
Dillər
Azerbaijani
Son tarix
8 noyabr 2026
Baxış
39

Şirkət haqqında

Ferrum Capital
Financial Services · Baku
Ferrum Capital — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

5 günlük iş qrafiki: 09:00 – 18:00.

Əmək haqqı 400 AZN + bonus təklif olunur.

CV-nizi mövzu hissəsində “Məhkəmələrlə iş üzrə kiçik hüquqşünas” qeyd etməklə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Müraciət üçün son tarix 2026-11-08-dir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Korporativ katiblik üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Khazar Engineering
Junior · 1 ilBakı
Maaş göstərilməyib1 gün qalıb

Hüquqi dəstək verir, müqavilələr hazırlayır və hüquqi sənədləri idarə edir, hüquq üzrə magistr tələb olunur.

Corporate governanceComplianceContract DraftingContract Negotiation+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
400 ₼
Məhkəmələrlə iş üzrə hüquqşünas
Müraciət et