Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
450–450 ₼
Yerləşdirilib
6 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
5 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Müştəriləri cəlb etmək

  • Müştərilərə lombard kredit şərtləri barədə ətraflı məlumat vermək

  • Kredit müraciətlərini qəbul edərək qiymətləndirmək

  • Girov dəyərləndirilməsi və kredit risklərinin təhlilini aparmaq

  • Kredit portfelini idarə etmək və ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət etmək

Tələblər:

  • Yaş: 20-35

  • Lombard sahəsində minimum 1 il iş təcrübəsi

  • Müştəri bazasına sahib olmaq (şəxsi müştəri şəbəkəsinin olması vacibdir)

  • Kredit və maliyyə analizi sahəsində biliklər

  • Müştəri cəlbi və satış bacarığı

  • Ünsiyyətqurma və inandırma qabiliyyəti

  • MS Office proqramlarında işləmə bacarığı

İş şəraiti

  • İş yeri: Bakı şəhəri filialı

  • Əmək haqqı: 450 azn + yüksək bonus (Əmək haqqı dəyişə bilər müsahibə zamanı,bilik bacarıqdan asılı olaraq)

  • İş rejimi: həftə içi 09:00/18:00-dək ; şənbə,bazar istirahət günləri

Şirkət haqqında

Brand Credit BOKT
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex

Brand Credit Azərbaycan bazarında 2011-ci ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Brand Credit Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 21.11.2011-ci il tarixli BKT -9 saylı Lisenziyasına əsasən 900 000 manat Nizamnamə kapitalı ilə fəaliyyətə başlamışdır. Təşkilatın Nizamnamə kapitalı 3 fiziki şəxs tərəfindən təsis edilmişdir. 31.01.2013-cü il tarixində hüquqi və fiziki şəxslərdən vəsaitlərin cəlb edilməsi məqsədi ilə təşkilatın ilk istiqraz emissiyası dövlət qeydiyyatına alınmışdır. 19.02.2013 tarixində təşkilat "AMFA" ya üzv olmuşdur. Hal-hazırda təşkilatın paytaxt və regionda olmaqla iki filialı fəaliyyət göstərməkdədir. Brand Credit təşkilatının ən əsas öhdəliklərindən biri i nsanlar arasında heç bir sosial fərq qoymadan,onlara daha yaxşı və təminatlı həyat tərzi yaratmaqda dəstəyin göstərilməsindən ibarətdir. Brand Credit təşkilatının missiyası aztəminatlı əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün maliyyə xidmətlərinin göstərilməsidir. Brand Credit təşkilatının baxışı Azərbaycanda qabaqcıl mikro-maliyyə institutu olmaqdır. Biz elə bir qurum olmaq istəyirik ki, sahibkarlıqla məşğul olanlar maliyyə xidmətlərinə ehtiyac duyduqda bizə üz tutsunlar. Biz bütün ölkə miqyasında tanınmaq və rəğbət qazanmaq istəyirik, buna nail olmaq üçün isə bütün ölkəni öz şöbələri ilə əhatə edən stabil və davamlı qurum olmalıyıq.

Brand Credit BOKT — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
450–450 ₼
Kredit mütəxəssisi
Müraciət et