Vakansiya haqqında

“INTERNATIONAL BOKT” ASC maliyyə sektorunda fəaliyyətini genişləndirərək Bakı şəhərində yeni fəaliyyətə başlayacaq 28 May, Yeni Yasamal, Nəriman Nərimanov, Biləcəri, Həzi Aslanov və Zabrat filialları üçün Kredit Mütəxəssisi vəzifəsinə yeni əməkdaşlar dəvət edir.

Satış sahəsində karyera qurmaq, maliyyə sektorunda peşəkar inkişaf etmək və dinamik komandada çalışmaq istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifə öhdəlikləri:

  • Aktiv satış fəaliyyətinin təşkili və yeni müştərilərin cəlb edilməsi;
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və kredit məhsullarının təqdim edilməsi;
  • Müştəri müraciətlərinin qəbulu, ilkin təhlili və qiymətləndirilməsi;
  • Kredit portfelinin formalaşdırılması və keyfiyyət göstəricilərinə nəzarət;
  • Kredit müraciətləri üzrə zəruri sənədlərin düzgün və vaxtında hazırlanması;
  • Kredit komitəsinə təqdim olunacaq sənədlərin və məlumatların hazırlanması;
  • Mövcud müştərilərlə effektiv və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
  • Yeni müştəri cəlbi və satışların artırılması istiqamətində təşəbbüslərin irəli sürülməsi;
  • Şirkətin kredit siyasətinə, daxili prosedurlarına və xidmət standartlarına riayət edilməsi;
  • Müəyyən edilmiş fərdi və komanda hədəflərinin yerinə yetirilməsi.

Namizədə tələblər

  • Ali və ya natamam ali təhsil;
  • Yüksək kommunikasiya və satış bacarıqları;
  • Müştərilərlə düzgün və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Komandada və fərdi şəkildə işləmək qabiliyyəti;
  • Nəticəyönümlü və məsuliyyətli yanaşma;
  • Aktiv satış və müştəri cəlbi sahəsində maraq;
  • Microsoft Office proqramları, xüsusilə Word və Excel ilə işləmək bacarığı;
  • Bank, BOKT və ya lombard sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Dinamik iş mühitində işləməyə və inkişaf etməyə həvəsli olmaq.
  • Kişi namizədlərə üstünlük verilir.

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
  • İş yeri: Bakı şəhəri
  • Əmək müqaviləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə;
  • Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə;
  • Bonus: Fəaliyyət və satış nəticələrinə əsaslanan motivasiya və bonus sistemi;
  • Karyera inkişafı: Uğurlu nəticə göstərən əməkdaşlar üçün vəzifə yüksəlişi və peşəkar inkişaf imkanları;
  • İş mühiti: Peşəkar, dinamik və inkişafyönümlü komanda.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

E-mailin mövzu (Subject) hissəsində aşağıdakı formatdan istifadə olunması xahiş olunur: “Kredit Mütəxəssisi – (müraciət edilən filialın adı)”

Məsələn: “Kredit Mütəxəssisi – 28 May filialı”

Qeyd: CV-lər vakansiyanın tələblərinə uyğunluğu əsasında nəzərdən keçiriləcək və uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Gələcəyinizi maliyyə sektorunda bizimlə qurun!

“INTERNATIONAL” ASC — peşəkar inkişaf, nəticə və karyera üçün yeni imkanlar.

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 avqust 2026
Son tarix
28 sentyabr 2026

Şirkət haqqında

International BOKT
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex · Baku

"INTERNATIONAL" Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti 21.05.2013 - ci il tarixində BKT - 12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir .

International BOKT — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Montajçı

500–1 000

Domofon sistemlərinin quraşdırılması və texniki xidmət üçün montaj sahəsində təcrübə tələb olunur.

Technical MaintenanceTeamworkResponsibilityInstallation+2
Müraciət etAsan müraciətAsan müraciət
Resant Hotels
Junior · 1+ il

Mühasib

Maaş göstərilməyib

Mühasib kimi maliyyə hesabatları hazırlayır və otel təcrübəsi tələb olunur.

Financial ReportingCost CalculationInventory ManagementTeamwork+5
Müraciət etAsan müraciətAsan müraciət
BestStudy
Junior · 1–3 il
Maaş göstərilməyib

Tələbələrə xaricdə təhsil üzrə məsləhət verir və beynəlxalq təhsil sistemlərini bilir.

ResponsibilityTeamworkHigher educationCommunication skills+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kredit mütəxəssisi
Müraciət et