Pərakəndə xidmətlər və istehlak kreditləri üzrə kiçik mütəxəssis

Unibank

Vakansiya haqqında

Təsvir

Pərakəndə xidmətlər və istehlak kreditləri komandamıza bank sahəsində karyera qurmaq və peşəkar inkişaf etmək istəyən namizədləri dəvət edirik. Bu rolda siz redit müraciətlərinin rəsmiləşdirilməsində, hesab və əmanət əməliyyatlarının həyata keçirilməsində, eləcə də müxtəlif Bank xidmətlərinin göstərilməsində iştirak edəcəksiniz.

Vəzifə öhdəlikləri

  • Kredit sifarişlərinin qəbul olunması;
  • Müştərilərə kredit məhsulları və şərtləri barədə ətraflı məlumat verilməsi;
  • Kreditlərin rəsmiləşdirilməsi və müvafiq sənədləşmənin aparılması;
  • Fiziki şəxslər üçün bank hesablarının açılması və bağlanması;
  • Hesablar üzrə pul köçürmələrinin həyata keçirilməsi;
  • Əmanət məhsullarının rəsmiləşdirilməsi;
  • Sürətli pulköçürmə sistemləri vasitəsilə vəsait köçürmələrinin icrası;
  • Fiziki şəxslərə müraciətləri və qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla bütün növ bank xidmətlərinin göstərilməsi

Tələblər

  • Ali təhsil;
  • MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Rus dili biliyi arzuolunandır;
  • Müştəri yönümlülük;
  • İşdə dəqiqlik və detallara diqqə

Biz nə təklif edirik?

  • Peşəkar və dinamik bank mühitində karyera inkişafı imkanı;
  • Komanda daxilində bilik mübadiləsi və davamlı peşəkar inkişafın dəstəklənməsi;
  • Güclü komanda ruhu və müasir korporativ iş mühiti.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Yerləşmə
Sumqayıt
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 sentyabr 2026
Dillər
Russian
Son tarix
3 oktyabr 2026

Şirkət haqqında

Unibank
Banking · Baku
Unibank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç
Göstərilməyib
Pərakəndə xidmətlər və istehlak kreditləri üzrə kiçik mütəxəssis
Müraciət et