KOS kreditlərin maliyyə və biznes təhlilini aparır, riskləri qiymətləndirir və bank qaydalarını bilir
Vakansiya haqqında
Kiçik və orta sahibkarlıq (SME) subyektlərinin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması məqsədilə müştərilərin maliyyə və biznes təhlilinin həyata keçirilməsi üçün aparıcı və baş mütəxəssis vəzifəsinə uyğun namizədlərin axtarışındayıq. Əməkdaşın əsas rolu borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirməklə öhdəliklərin düzgün strukturlaşdırılmasını təmin etmək və onlar barədə rəylərin verilməsindən ibarət olacaq. Professional bir komandanın üzvü olacaq bu əməkdaşlardan yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, analitik düşünmə və çevik qərarvermə qabiliyyəti, məsuliyyətlik, dəqiqlik, risklərin düzgün qiymətləndirilməsi və bankdaxili normativ qaydaların tam olaraq qorunmasına nəzarət tələb olunur.
Vəzifə öhdəlikləri
- KOS və korporativ müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;
- Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;
- Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;
- Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;
- Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək;
Tələblər
- Ali təhsil;
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
- Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
- Məsuliyyətlilik və dəqiqlik;
- Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
- Bank qanunvericiliyini bilmək;
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Filialın gündəlik fəaliyyətini idarə edir və satış, idarəetmə bacarıqları tələb olunur
Filialın gündəlik fəaliyyətini idarə edir, satış və idarəetmə təcrübəsi tələb olunur
Şirkətin maliyyə planlaşdırmasını idarə edir və 6-8 il təcrübə tələb olunur




