Bank kredit portfelində riskləri idarə edir və maliyyə analizində təcrübə tələb olunur
Vakansiya haqqında
Birbankda Kredit Portfelinə Nəzarət Departamentinin Kreditləşmə şərtlərinə nəzarət şöbəsinə analitik düşüncəyə və liderlik bacarıqlarına malik, kreditlərin monitorinqini həyata keçirəcək, kredit portfelinin keyfiyyətinə və kreditləşmə şərtlərinə nəzarət edəcək, aşkar edilmiş nöqsan və risklərin aradan qaldırılması üçün tövsiyələr verəcək və kreditləşmə prosesinin Bankın daxili qayda və prosedurlarına uyğunluğunu təmin edəcək peşəkar axtarırıq.
Vəzifə öhdəlikləri
Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
Nəzarət sistemlərinin qurulmasını həyata keçirmək;
Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
Bankın kredit siyasətinin həyata keçirilməsində iştirak etmək, bu siyasətin tələblərinə əsasən kreditlərin monitorinqlərinin icrasını təmin etmək;
Monitorinqlərin aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə etmək;
Monitorinq predmeti olacaq yeni sahələrin xüsusiyyətlərini öyrənmək.
Tələblər
Ali iqtisadi təhsil;
Bank və ya maliyyə sahəsində nəzarət, audit, kreditlərin monitorinqi və ya kredit risk idarəçiliyində minimum 3 il rəhbərlik təcrübəsi;
Təqdimat və kommunikasiya bacarıqları;
Analitik düşüncə;
Liderlik bacarığı;
BI alətlərindən (Tableau, Power BI, Dataiku), Excel və SQL yüksək səviyyədə istifadə etmək bacarığı;
Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi (Rus dili biliyi arzuolunandır).
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Biznes analitik kimi bazar araşdırması apararaq yeni biznes imkanlarını müəyyənləşdirir və güclü analitik bacarıqlara malik olmalısınız.
Statistik modellərin müstəqil validasiyasını aparmaq üçün analitik metodlar üzrə güclü biliklər tələb olunur.


