Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş Şəraiti və Təminatlar:
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmə;
- Maaş 600-1400 Azn (net+bonus)
- İş qrafiki: 5 günlük iş həftəsi
- Korporativ mobil nömrə və limitsiz danışıq balansı;
- peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
- Yerləşmə: Bakı şəhəri, Nərimanov ray., Ə.Rəcəbli küç.
Vəzifə öhdəlikləri
Gecikmədə olan kredit portfelinin mütəmadi təhlil edilməsi və borcluların müəyyən olunması;
Borclular və zaminlərlə telefon zəngləri, rəsmi məktublar və ya fərdi (üzbəüz) görüşlər vasitəsilə əlaqə saxlanılması;
Kredit borclarının gecikmə səbəblərinin araşdırılması, problemin qanunvericilik çərçivəsində aradan qaldırılması üçün optimal həll yollarının (məsələn, restrukturizasiya) təklif edilməsi;
Borcların məhkəməyə qədərki həlli mərhələsinin idarə olunması, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması;
Borcun geri qaytarılması prosesində daxili korporativ qaydalara, etika normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət edilməsi;
Görülmüş işlər, əlaqə saxlanılmış müştərilər və yığılmı.
Tələblər
Yaş həddi 21-45
Ali təhsil arzuolunandır: (İqtisadiyyat, Maliyyə, Hüquq və ya Biznesin idarə edilməsi sahələri üzrə );
İş təcrübəsi: Bank, mikromaliyyə və ya boking sektorunda problemli kreditlərin idarə edilməsi/yığılması sahəsində minimum 1 il təcrübə
Kommunikasiya bacarığı: Yüksək ünsiyyət, inandırma və gərgin danışıqlar aparmaq qabiliyyəti;
Stressə davamlılıq: Konfliktli vəziyyətləri idarəetmə və gərgin iş qrafikində nəticəyə yönəlik işləmək bacarığı;
Dil bilikləri: Azərbaycan dilində səlis və aydın danışıq bacarığı
Kompüter bilikləri: MS Office proqramları (xüsusilə MS Excel) ilə işləmək bacarığı.
Şirkət haqqında
“Vindex Legal” hüquq şirkəti olaraq maliyyə institutları, bank olmayan kredit təşkilatları və korporativ müştərilər üçün problemli kredit portfellərinin idarə olunması, hüquqi müşayiəti və borcların effektiv geri qaytarılması sahəsində peşəkar xidmətlər təqdim edirik. Şirkətimiz uzunmüddətli praktiki təcrübəyə, ixtisaslaşmış hüquqşünas heyətinə və borclularla effektiv kommunikasiya mexanizmlərinə malik olmaqla problemli portfellərin həm məhkəməyədək, həm də məhkəmə mərhələsində operativ və nəticəyönümlü idarə edilməsini təmin edir.
Vindex Legal MMC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


