Mühasibatlıq sənədlərini işləyir və maliyyə hesabatlarında mühasibə dəstək verir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Gündəlik ödəniş sifarişlərini yoxlamaq və ödəniş tapşırıqlarını hazırlamaq;
- Təchizatçı və podratçılara ödənişləri təsdiqedici sənədlər əsasında icra etmək;
- İnternet bankçılıq vasitəsilə bank əməliyyatlarını həyata keçirmək;
- Bank çıxarışlarını mühasibat proqramına işləmək və hesab qalıqlarını üzləşdirmək;
- Kreditor borcların, avansların və ödəniş müddətlərinin uçotunu aparmaq;
- Təchizatçılarla qarşılıqlı hesablaşmaları yoxlamaq və üzləşmə aktlarını hazırlamaq;
- Əməkhaqqı, vergi və digər məcburi ödənişləri təsdiqlənmiş hesablamalar əsasında köçürmək;
- Gündəlik və həftəlik ödəniş hesabatlarını hazırlamaq;
- Ödəniş sənədlərini arxivləşdirmək.
Namizədə tələblər:
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
- Bank əməliyyatları və qarşılıqlı hesablaşmalar üzrə biliklər;
- Excel və mühasibat proqramları — 1C və ya Mikro ilə işləmək bacarığı;
- İnternet bankçılıq və elektron qaimə sistemi ilə iş təcrübəsi;
- Dəqiqlik, məsuliyyətlilik və ödəniş müddətlərinə riayət etmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti
- İş qrafiki: Həftə içi 5 günlük iş həftəsi;
- Əməkhaqqı: 1000 AZN net;
- Əmək müqaviləsi ilə rəsmi işə qəbul.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Nizami rayonu, Babək prospektidir.
Həftə içi 5 günlük iş həftəsidir.
Əməkhaqqı 1000 AZN net olaraq ödənilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKreditor borclar üzrə mühasib üzrə Bakıda digər açıq elanlar.
Hesab-fakturaları yoxlamaq və ödənişləri vaxtında həyata keçirmək üçün mühasibatlıq bacarıqları tələb olunur.
Debitor və kreditorlarla hesablaşmaları idarə edir, maliyyə və mühasibatlıq bilikləri tələb olunur.
Maliyyə məlumatlarını işləyir, ödənişləri idarə edir və ən azı 1 il təcrübəsi tələb olunur.


