Corporate SalesClient Relationship ManagementCompetitive Analysis
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani, English, Russian
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır; Müvafiq sahə üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir; Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir; Enerji sahəsində tarif siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır; Agentliyin Aparatının struktur bölmələri ilə birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, enerji tənzimləmə xidmətləri üzrə tarif siyasətinin dünya təcrübəsi və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak edir; Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir; Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir; Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir; Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır. Xüsusi tələblər “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi; Yaş həddi 25-40 aralığı; Microsoft Office proqramı üzrə hesabatları, maliyyə modellərini və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır; Azərbaycan dilini səlis, ingilis dili yüksək səviyyədə bilməli və rus dili arzu olunandır; Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti; İFRS və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır; ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır. Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma; İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84. Müraciət etmək üçün: [email protected]
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
AuditComplianceInternal Control
Financial ModelingInvestment AnalysisRisk Analysis
Data AnalysisMarket AnalysisRisk Analysis
