Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Hazırda şirkətimizə Hesabatlıq üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
- Bütün sənədlərin şirkət nizamnaməsinə, peşə standartlarına, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına və qanunla müəyyən edilmiş uçot normalarına uyğunluğunun təmin edilməsi;
- Daxili idarəetmə hesabatlarının vaxtında və dəqiq təmin edilməsi;
- Aylıq, rüblük və illik beynəlxalq maliyyə hesabatlarının hazırlanması və vaxtında təqdim olunması;
- Hesabatların hazırlanması üçün tələb olunan məlumatların müxtəlif mənbələrdən toplanmasını və düzgünlüyünü yoxlamaq;
- Hesabatlarda yaranan fərqlər və kənarlaşmalar üzrə ilkin təhlillər hazırlamaq və izahlar təqdim etmək;
- Maliyyə hesabatları üzrə nəzarətçi tərəfindən aparılan yoxlama prosesinə dəstək olmaq və tələb olunan düzəlişləri vaxtında icra etmək;
- Standart jurnal yazılışlarının və düzəliş qeydlərinin hazırlanmasını həyata keçirmək;
- Kənar audit üçün materialların və kənar qurumlar üçün maliyyə hesabatlarının hazırlanmasının əlaqələndirilməsi, kənar auditorların fəaliyyətinin əlaqələndirilməsi və onların təklif və tösviyələrinin tədqiq edilməsi;
- Daxili auditorların təklif və tövsiyələrinin araşdırılması və lazım gələrsə cavab hazırlanması;
- Məhsulun maya dəyərinin təhlilində iştirak etmək və təkliflər irəli sürmək, xərclərin azaldılması üçün sahələri aşkar etmək;
- Maliyyə hesabatları üzrə daxili nəzarət prosedurlarına riayət etmək və tətbiqində iştirak etmək;
- ERP sistemlərindən və digər maliyyə platformalarından məlumatların düzgün çıxarılmasını təmin etmək;
- Hesabat proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər vermək;
- Digər struktur bölmələrlə əməkdaşlıq edərək maliyyə məlumatlarının tam və düzgün toplanmasını təmin etmək;
- Rəhbərlik tərəfindən tapşırılan digər maliyyə hesabatları və təhlilləri hazırlamaq;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Tələblər:
- Maliyyə və mühasibat uçotu üzrə ali bakalavr təhsili
- Hesabatlılıq və audit üzrə 2-3 il, audit şirkətlərində təcrübə
- ACCA sertifikatları üzrə göstəricilər (F3, F7)
- Əla səviyyədə MS Excel biliyi
- SAP təcrübəsi üstünlükdür
- Əla səviyyədə ingilis dili biliyi
Tələb olunan kompetensiyalar
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
İmtiyazlar
- Könüllü tibbi siğorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Şirkət haqqında
İstehsal gücü gündə 6500 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. Norm müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Norm OJSC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


